Koreya Respublikasının səfirliyinin kollektivi məcburi köçkünlərlə görüşüb
Tarix: 24.10.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Oktyabrın 24-də Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Zəngilan Rayon İcra Hakimiyyəti Abşeron rayonunun Masazır qəsəbəsində zəngilanlılar üçün salınmış şəhərcikdə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl qəsəbədəki tibb məntəqəsində sakinlərin müxtəlif xəstəliklər üzrə müayinəsi təşkil edilib.
Sonra qonaqlar şəhərcikdə yerləşən 260 yerlik “Şəfəq” uşaq bağçası ilə tanış olublar. Bağça uşaqlarına məktəb ləvazimatları və geyimlər hədiyyə edilib. Uşaqlar qonaqları müxtəlif dillərdə sülh şeirləri, Azərbaycan və Koreyanın milli rəqsləri ilə salamlayıblar. Həmçinin Zəngilan şəhərciyində uşaq bağçasının yenidən qurulan oyun meydançasının açılışı olub.
Daha sonra tədbirin rəsmi hissəsinə başlanılıb.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara qəsəbə haqqında məlumat verib. Bildirib ki, hazırda qəsəbədə 760 ailə yaşayır və daha 210 ailə də köçürülmək üzrədir. Qəsəbədə bütün infrastruktur - məktəb, bağça, tibb məntəqəsi, poçt məntəqəsi və Mədəniyyət Evi yaradılıb. Hazırda respublikamızda belə qəsəbələrin sayı yüzə yaxındır.
İcra başçısı Koreya Respublikası səfirliyinin və ölkəmizdə fəaliyyət göstərən Koreya şirkətlərinin nümayəndələrinə bu təşəbbüsə görə minnətdarlıq edib. Diqqətə çatdırıb ki, Koreyadan gələn həkimlər bu gün qəsəbə sakinlərinə tibbi yardım göstərib və müxtəlif xəstəliklər üzrə onları müayinə ediblər. Bir ay əvvəl səfirliyin təşəbbüsü ilə 33 nömrəli məktəbdə “Koreya Respublikası - məktəblilərin gözü ilə” adlı inşa müsabiqəsi keçirilib. Bu, səfirliyin azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərdiyi dəstəyin bariz nümunələrindən biridir.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu qəsəbədə olmaqdan məmnunluğunu ifadə edib. O deyib: “Göstərdiyimiz bu dəstək əslində ürəyimizdən gələn hisslərimizi sizə çatdırmaq məqsədi daşıyır. Bu yardımla biz zəngilanlı ailələrə mənəvi dəstək göstərməyə çalışmışıq. Torpaqlarını itirmiş insanların ağrı-acısını, qaçqın və məcburi köçkünlərin yaşadığı hissləri çox yaxşı anlayıram”.
Koreya Respublikasının hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edən səfir əminliklə bildirib ki, qaçqın və məcburi köçkünlər yaxın zamanda öz doğma torpaqlarına geri qayıdacaqlar.
Tədbirin əhəmiyyətindən danışan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib ki, bu il Azərbaycan Respublikası ilə Koreya Respublikasının diplomatik münasibətlərinin 25-ci ildönümüdür. Ötən 25 il ərzində həm ikitərəfli əlaqələrin genişlənməsi baxımından, həm də hər iki ölkənin sosial-iqtisadi inkişafı baxımından böyük yol qət edilib. Koreya və Azərbaycan arasında müxtəlif sahələrdə - səhiyyə, təhsil, kommunikasiya, rabitə, nəqliyyat və digər sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur. O deyib: “Bizim üçün ən böyük əhəmiyyət kəsb edən məqam Azərbaycanın üzləşdiyi bir nömrəli problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi probleminə Koreya dövlətinin, Koreya xalqının bu qədər həssaslıqla, diqqətlə yanaşmasıdır”.
Vurğulanıb ki, Koreya Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verdiyini dəfələrlə qeyd edib. Təsadüfi deyil ki, bu ölkənin Cənubi Qafqaz regionundakı səfirliyi məhz Azərbaycanda açılıb.
Sonra Koreya Respublikası səfirliyinin təşəbbüsü ilə Zəngilan rayonu 33 nömrəli məktəbin 5-11-ci sinif şagirdləri arasında “Koreya Respublikası - məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir konsert proqramı ilə davam edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info