M.P.Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş konfrans keçirilib
Tarix: 24.10.2017 | Saat: 19:17:00 | E-mail | Çapa göndər









Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş “Molla Pənah Vaqif: Sələflər və xələflər – erkən yeni dövr əlyazmaları və Azərbaycan ədəbiyyatının tarixi problemləri” mövzusunda XV ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib. Bu haqda redaksiyamıza Əlyazmalar İnstitutundan məlumat verilib.
Konfransı giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq M.P.Vaqifin milli poeziyamızın və milli dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. O, realist poeziyanın və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını bildirib.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nı xatırladaraq, bu ələmətdar hadisənin ölkənin əksər təhsil və elmi müəssisələrində qeyd olunduğunu diqqətinə çatdırıb: “Vaqif poeziyamızı ümumxalq danışıq dilinə qovuşduran, onu xalq yaradıcılığı nümunələri ilə zənginləşdirən sənətkardır. Mürəkkəb, ziddiyyətli və keşməkeşli dövrdə yaşamasına baxmayaraq, xalqın şairi olmaq şərəfini ömrünün sonunadək ləyaqətlə qoruyub saxlamışdır”.
Plenar iclasda Paşa Kərimov “XVII-XIX əsrlər Azərbaycan poeziyasında qocalıq mövzusu”, institutun şöbə müdiri, fil.ü.e.d., professor Azadə Musabəyli “Vaqifin iki türkiyəli sələfinin Baki əlyazmaları”, Gəncə Dövlət Universitetinin dosenti, fil.ü.f.d. Afaq Yusifli “Könüldən könülə yollar görünür” və AMEA Folklor İnstitutunun böyük elmi işçisi Sahilə Sədnik qızı “Molla Pənah Vaqif yaradıcılığına aşıq ədəbiyyatının təsiri” mövzularında məruzə ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları konfrans çərçivəsində təşkil olunmuş “Vaqif -100” mövzusunda sərgiyə baxış keçiriblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində
16.09.2019
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16.09.2019
Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
16.09.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info