ADNSU-nun rektoru Rusiyalı qonaqla görüşüb
Tarix: 24.10.2017 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın“Filiz və metallar” (“Руда и металлы”) nəşriyyat evinin şef-redaktoru, iqtisad elmləri doktoru, Rusiya Coğrafiya Cəmiyyətinin üzvü Aleksandr Vorobyovla görüşüb. Bu haqda redaksiyamıza universitetdən məlumat verilib.
Görüşdə Elm və texnika işləri üzrə prorektor, t.e.d. Rauf Əliyarov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov və"Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, professor Sakit Rəsulov iştirak edib.
Rektor, professor Mustafa Babanlı A.Vorobyova universitetin tarixi, tanınmış məzunları haqqında məlumat verib, Azİİ-nin keçmiş SSRİ-də xarici ölkələr üçün mütəxəssis hazırlayan 3 əsas universitetdən biri olduğunu qeyd edib.
Universitetdəki tədris prosesi, beynəlxalq əlaqələr, əcnəbi tələbələr Məzun Karyera Mərkəzi haqqında danışan rektor, prof. M.Babanlı qonağı “eazi START” Startap və İnnovasiya Mərkəzi, gündəlik təcrübə proqramı və başqa yeniliklər haqqında da məlumatlandırıb.
ADNSU-da elmin inkişafına xüsusi önəm verildiyini bildirən rektor, prof. M.Babanlı son 2 ildə magistrant və doktorantların sayının bir neçə dəfə artdığını bildirib. Prof. Mustafa Babanlı “Web of science” informasiya bazasına daxil olan məqalələrin sayında da ciddi artımın olduğunu Aleksandr Vorobyovun diqqətinə çatdırıb.
Səmimi qəbula görə, rektora minnətdarlığını bildirən “Filiz və metallar” nəşriyyat evinin şef-redaktoru A.Vorobyov Azİİ haqqında məlumatlı olduğunu və burada olmaqdan çox şad olduğunu deyib. Təmsil etdiyi qurum haqqında məlumat verənA.Vorobyov ADNSU ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Sonda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanması haqqında razılıq əldə olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info