“Dunya.com”: “Azərbaycan yaxın perspektivdə dünya fındıq bazarında güclü istehsalçıya çevriləcək”
Tarix: 25.10.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Dünya fındıq bazarında investisiya mübarizəsi başlayıb
Bu gün dünyada ticari dəyəri yüksək məhsullardan biri olan fındıq bazarında rəqabət getdikcə artır. “Dunya.com” saytının yazdığına görə, bu gün artıq qlobal şirkətlər Türkiyəyə bağlı olmaq istəmirlər. Türkiyə dünya fındıq istehsalı və ixracında lideridir və qlobal bazarın 60-70 faizinə nəzarət edir. Türkiyə "fındıq kralı" adını hələ qorusa da, bu sahədə risklər də var. Sektorla bağlı səlahiyyətli şəxslərin fikirlərinə görə, əgər tədbir görülməsə, bu hökmranlıq 10 il sonra başa çata bilər. 15 il əvvəl Türkiyənin ümumi istehsaldakı payı 80 faiz təşkil edirdi. Ancaq rəqəmlər və nisbətlər də düşüb. Son rəqəmlərə gəldikdə, 2016-cı ildə dünya fındıq istehsalı 1 milyon 46 min ton olaraq açıqlanıb. Türkiyə 735 min ton ilə birinci sırada, İtaliya 125 min tonla ikinci, Gürcüstan 50 min tonla üçüncü, Azərbaycan isə 40 min 500 tonla dördüncü sırada qərarlaşıb.
Çin, İran, Çili, Avstraliya və Fransa fındıq istehsalında əhəmiyyətli ölkələrdəndir. Siyahıdakı ölkələrlə yanaşı, kiçik miqdarlarda istehsal edən digər ölkələr də var ki, bunlara Polşa, Yunanıstan, Belarus, Xorvatiya, Tacikistan, Özbəkistan, Rusiya, Kamerun, Portuqaliya, Moldova, Ukrayna, Tacikistan, Tunis, Slovakiya, Sloveniya, Suriya, Kipr, Argentina, Avstriya, Estoniya, Yeni Zelandiya və Rumıniya daxildir.
Mütəxəssislərin fikrincə, digər ölkələrin istehsalı Türkiyə qədər olmasa da bu rəqiblərin yeni fəaliyyətləri fındıq istehsalçılarını qorxudur. Burada göstərilir ki, məsələn, Gürcüstanda 32 min hektar, Azərbaycanda isə 42 min hektar sahədə fındıq əkilir. İki ölkənin potensialının 100 min hektar olduğu bildirilir. Xüsusilə də Azərbaycanda yeni dəstək və əməkdaşlıqlar bu ölkənin mövqeyini tədricən gücləndirəcək.

İtaliyanın məşhur sokolad şirkəti Azərbaycan fındığına böyük maraq göstərir

Belə davam edərsə, Azərbaycan yaxın perspektivdə dünya fındıq bazarında güclü istehsalçıya çevriləcək. “Dunya.com” saytının yazdığına görə bu sahədə qlobal sərmayələrlə əlaqəli Türkiyədə gözdən yayınan bir neçə detal var. Bunlardan biri “Ferrero” şirkəti ilə bağlıdır. Türkiyənin fındıq sektorundakı əsas iştirakçılardan olan “Oltan Gida”nı alan “Ferrero” nümayəndələri son dövrlərdə Bakıya əhəmiyyətli bir ziyarət reallaşdırıb. Qeyd edək ki, “Ferrero” 1946-cı ildə İtaliyada fəaliyyətə başlamış şokolad məhsulları şirkətidir. Yaradıcısı Pietro Ferrerodur. Şirkətin markaları arasında “Kinder”, “Ferrero Rocher”, “Nutella” var. Fındıq ehtiyacının 90 faizini Türkiyədən təmin edən şirkət 19 fabrikini Manisa şəhərində qurub. Bakıya səfər edən dünya şokolad nəhənginin kənd təsərrüfatı işləri üzrə koordinatoru Daniel Dellapachanın rəhbərlik etdiyi heyət, kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşüb. Onlar Azərbaycan fındığına böyük maraq göstərirlər.

Azərbaycanın ən böyük müştərisi 30 milyon dollarla Rusiyadır
Azərbaycanda fındıq istehsalçılarına verilən kreditlər, pulsuz toxumların paylanması, dövlət yardımları, ərazilərlə təmin edilmə kimi amillərlə bağlı “Ferrero” menecerinə məlumat verilib. Həm “Ferrero”, həm də Azərbaycan hökuməti istehsalçılar üçün yeni iş modelləri, dünya nəhənginin istehsalda öhdələrinə götürəcəyi vəzifələri paylaşıblar. Nazirin sözlərinə görə, Azərbaycanda ixrac məsələsinə xüsusi diqqət yetirilir. İldə 105 milyon dollarlıq ixrac həyata keçirən Azərbaycanın ən böyük müştərisi 30 milyon dollarla Rusiyadır. Digər ölkə isə Rusiyadan sonra da 24 milyon dollar ilə Almaniyadır. “Ferrero” şirkətinin koordinatoru Daniel Dellacha təmsil etdiyi şirkətin Azərbaycanda fındıqçılığın inkişafına önəm verdiyini və bu sahədə əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
“Dunya.com” yazır ki, burada ikinci önəmli xəbər isə odur ki, “Ferrero”dan sonra Azərbaycan tərəfi fındıq ixracı ilə bağlı Rusiya şirkətləri ilə görüş keçirib. Azərbaycan İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının yaydığı xəbərə görə, sentyabr ayının sonunda Moskvada keçirilən 26-cı Beynəlxalq Qida Sərgisində Rusiyanın iki əhəmiyyətli qida firması ilə Azstar LLC şirkəti müqavilə imzalayıb. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayevin sözlərinə görə, Rusiya Azərbaycanda istehsalı dəstəkləyəcək və ixracı artıracaq.

"Fındıq bazarında Türkiyədən asılı olmaq istəmirlər"

Qeyd edilir ki, bütün bunları nəzərə alaraq qlobal fındıq bazarında yaşanan son inkişaf Türkiyəni daha çox maraqlandırır. Avropanın ən tanınmış fondlarından olan ResponsAbility Investments AG, dünyanın uzaq bir ərazisinə- Butana fındıq üçün sərmayə qoymağa hazırlaşdığını açıqlayıb. Mərkəzi İsveçrədə yerləşən və hesabı 3 milyard dollara çatan fondun icraçı direktoru Rochus Mommartz bu sektorda “kartların yaxın dövrdə yenidən açılacağını” bildirib: "İstehsalın 70 faizi Türkiyədədir. Ancaq istehsalçılar Türkiyədən fındıq üçün asılı olmaq istəmirlər”. Onun bəhs etdiyi istehsalçılar şokolad nəhəngləridir. Buna görə də fındıqla bağlı müxtəlif coğrafiyalarda milyonlarla, bəlkə, milyardlarla dollar vəsait qoymaq üçün fond toplanacağını qeyd edib.
Mütəxəssislərin fikrincə, hazırda “fındıq kralı” Türkiyə hesab edilsə də, son proseslər yaxın zamanlarda onun “taxtdan enəcəyini” göstərir. Bildirilir ki, Türkiyənin ən azı pomidorla bağlı problem yaşadığı Rusiya və siyasi gərginliyin olduğu Almaniyanın Azərbaycan fındığına göstərdiyi böyük maraq yaxın perspektivdə bəzi məqamların dəyişəcəyini təsdiqləyir. Hər il mübahisələrin yaşandığı fındıqla bağlı bu gün sertifikatlı toxum kimi seçimlərə üstünlük verilir. Çünki fındıqda artıq coğrafiya seçimi gedir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16.09.2019
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü
16.09.2019
“Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına tamamilə cavab verirdi
16.09.2019
“Azərbaycanla qardaşlıq əlaqələri daha yüksək səviyyəyə qaldırılmalıdır”
16.09.2019
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info