Qərb Ukraynada müxtəlif siyasi kombinasiyaları sınaqdan keçirir
Tarix: 25.10.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Ali Radanın deputatı, “Donbas” batalyonunun keçmiş komandiri:
“Yeni ilə qədər Poroşenko hakimiyyətdən uzaqlaşdırılacaq”


Ukraynanın baş prokuroru Yuriy Luçenko dünən bəyan edib ki, Kiyevdə, Ali Rada qarşısında mitinq edən Odessa vilayətinin keçmiş qubernatoru və tərəfdarlarının məqsədi dövlət çevrilişi etməkdir.
Baş prokuror Saakaşvili və tərəfdarlarının silahlı çevrilişə hazırlaşdığını, amma hakimiyyətin buna imkan verməyəcəyini deyib. Luçenko onu da bildirib ki, Ali Rada qarşısında keçirilən aksiya ölkə xaricindən maliyyələşir: “Dinc aksiya keçirmək hüququ silahlı çevrilişə hazırlaşmaq demək deyil. 150-200 nəfər şəxs xaricdən aldıqları maliyyə yardımı ilə dövlətdən nələrisə etməyi tələb edirlər. Mən, vaxtı çatanda onların xaricdən maliyyələşdiyini sübut edəcəyəm. Avtomat silahlar əldə edərək güc tətbiqi ilə Ukrayna dövlətini məcbur etmək istəyirlər. Tam məsuliyyətlə deyirəm: bu, onlarda alınmayacaq”. Baş prokuror bu sözləri regionlar şurasının dünən keçirilən iclasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə dövlət çevrilişi planında iştirak edənlər arasında “vətəndaşlığı olmayan qastrola çıxmışlar” da var: “Saakaşvili Odessanın qubernatoru olan vaxtı özünə tabe olanları məcbur edirmiş ki, 20 Gürcüstan vətəndaşı, tanınmış mədəniyyət xadimi kimi Ukraynada daimi yaşamaq üçün qeydə alınsınlar. İndi həmin “xadimlər” silahları ilə Saakaşvilini qoruyur və düşərgədə qalaraq silahlı çevriliş həyata keçirmək istəyirlər. Bu plan alınmayacaq”.

Baş prokuror Yuriy Luçenko:
“Ali Rada qarşısında mitinq edən Odessa vilayətinin keçmiş qubernatoru və tərəfdarlarının məqsədi dövlət çevrilişi etməkdir”


Qeyd edək ki, Saakaşvili və bir neçə radikal qruplaşma Ali Rada qarşısında keçirdiyi aksiyada deputat toxunulmazlığının ləğv edilməsi, seçki qanunvericiliyinin dəyişməsi və antikorrupsiya məhkəməsinin yaradılması kimi tələblər irəli sürüblər. Ukrayna dövlət başçısı Poroşenko dünən bəyan edib ki, Ali Radanın qarşısında aksiya keçirən qüvvələr ölkədə vəziyyəti destabilləşdirə bilməyəcəklər: “Bu şəxslər nəinki destabillik yaradılmasına çağırış edir, üstəlik özləri bunu yaratmağa, xaosa çalışırlar. Amma mən bəyan edirəm ki, bu, onlarda alınmayacaq. 30-40 nəfəri ümumukrayna aksiyası adlandırırlar. Xalq xaosa imkan verməyəcək”. Poroşenko bəyan edib ki, ölkədə növbədənkənar seçki keçirilməyəcək. Ukraynada növbəti prezident və parlament seçkiləri 2019-cu ilin yaz və payızında keçiriləcək. Tələblərin Ali Radaya təqdim edilməsindən sonra Saakaşvilinin partiyasından savayı digər qüvvələr aksiyanı dayandıracaqlarını bildiriblər. Amma Donbasda keçirilən əməliyyatlarda iştirak edən qüvvələr aksiyanın bundan sonra da davam etdirilməsi məsuliyyətini üzərlərinə götürüblər. Ali Radanın deputatı Semen Semençenko bildirib ki, Yeni ilə qədər Poroşenko hakimiyyətdən uzaqlaşdırılacaq.

“Saakaşvili Odessanın qubernatoru olan vaxtı özünə tabe olanları məcbur edirmiş ki, 20 Gürcüstan vətəndaşı, tanınmış mədəniyyət xadimi kimi Ukraynada daimi yaşamaq üçün qeydə alınsınlar. İndi həmin “xadimlər” silahları ilə Saakaşvilini qoruyur və düşərgədə qalaraq silahlı çevriliş həyata keçirmək istəyirlər”

Xatırladaq ki, Semeçenko “Donbas” batalyonunun keçmiş komandiridir. Onun sözlərinə görə bunun üçün Donbasda keçirilən əməliyyatlarda iştirak etmiş 500 veteran kifayətdir. Ekspertlər qeyd edir ki, Qərbdə, əsasən də ABŞ-da bəzi dairələr Poroşenko rejimindən narazıdır. Saakaşvilinin populizmi incik oliqarxların marağını ifadə edir. Ukrayna siyasi elitası Qərbə bağlıdır və oradan gələn əmrlə fəaliyyət göstərirlər. Hələlik ABŞ-dakı dairələr Ukraynada müxtəlif siyasi kombinasiyaları sınaqdan keçirirlər. Bu kombinasiyanın sonunda kimə “stavka” olunacağı bəlli olacaq. Göründüyü kimi, Ukrayna Qərbin əlində oyuncaq dövlətə çevrilib. Dövlət, onun sərhədini qanunsuz şəkildə keçən və vətəndaşlığı ləğv edilmiş şəxsin ölkənin paytaxtında aksiya keçirməsinin qarşısını almaqda aciz qalıb. Daha bir maraqlı məqam. Ukrayna prezidenti Petro Poroşenkoya qarşı sui-qəsd olması ilə bağlı xəbərdir. Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilirdi ki, sui-qəsdin qarşısı oktyabrın 22-də Poroşenkonun Donetsk vilayətinin Avdeevka şəhərinə səfəri zamanı alınıb. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun iki üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah sursat aşkarlanıb. Cinayətdə əli olan digər şəxslərin axtarışı davam edir. Poroşenko Ukraynanın müdafiə naziri Stepan Poltorak ilə birgə Avdeevkada əməliyyat müşavirəsi keçirib. Amma sonradan Ukrayna Təhlükəsizlik Xidməti ölkə prezidenti Poroşenkoya qarşı sui-qəsd barədə yayılan məlumatları təkzib edib. Bunu xidmətin sözçüsü Yelena Qitlyansakya bəyan edib. “Yayılan məlumatlar həqiqətə uyğun deyil”, deyə Y.Qitlyansakya bildirib. Təhlükəsizlik Xidmətindən həmçinin bildirilib ki, məlumatın kim tərəfindən KİV-lərə göndərilməsi araşdırılır. Təhlükəsizlik Xidməti tərəfindən ölkə rəhbərinə sui-qəsd olması ilə bağlı xəbər yayılır, amma kimin yaydığı bəlli deyil. Sadəcə bu fakt Ukraynada vəziyyəti anlamaq üçün yetərlidir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info