“Silahların harada saxlandığını bilirik”
Tarix: 25.10.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


“V iza böhranından emarqoların genişləndirilməsinə, terrorçuların himayə edilməsinə qədər ortaya qoyulan münasibət Türkiyənin doğru yolda olduğunu təsdiqləyir.
Məsələn, buna nümunə strateji ortağımız ABŞ-dır. Dəfələrlə müzakirə aparmağımıza baxmayaraq, ABŞ Suriyada Rakka əməliyyatını PKK terror təşkilatının bətnindən ayrılmış uşağı olan PYD/YPG ilə birgə aparır”. APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib. Ərdoğan “İŞİD” terror təşkilatından azad edilən Suriyanın Rakka şəhərində PKK terror təşkilatının bayraqlarının asılmasına diqqət çəkib: “PYD/YPG-nin PKK olmadığını bəyan edən ABŞ Rakkada PKK-nın nəhəng bayraqlarının asılmasını nə ilə izah edəcək? Biz söylədik, inanmadın, artıq televiziya ekranlarında bütün gerçəkliklər ortadadır. Rakkada cinayət üstündə yaxalananda deyirlər ki, Öcalan hörmətə layiq insan deyil. Bu, ABŞ kimi demokratik ölkəyə yaraşırmı? ABŞ bölgəyə 3 min 500 yük maşını ilə silah və texnika göndərib. Bu silahlar Rakka əməliyyatında istifadə edildi? Bu silahların harada saxlandığını da bilirik, bunu yaxşı bilin. ABŞ-ın gücü, onun bir neçəsi heç ABŞ-da olmamış 13 mühafizəçi barədə həbs qərarı çıxarmağa, 6 dəfə ABŞ-da olmuş bank müdirinin müavinini 7-ci dəfə həbs etməyə, bir vətəndaşımızı həbsdə saxlayıb, etirafçıya çevirməyə çalışmağa yetir. Bu proseslər başa çatan zaman biz dünyanı ayağa qaldıracağıq. Bunların da hamısını açıqlayacağıq”. Türkiyə prezidenti İraq və Suriya xalqına müraciət edib: “Bu günə qədər Qərbdəki imperialistlərin sözünə qulaq asıb, uduzmayan yoxdur. Sabah hər şey bitdiyi anda, hamı evinə dönəndə bu qədim coğrafiyada türklər, ərəblər və kürdlər baş-başa qalacağıq, xeyir və şərimizi paylaşacağıq. Bu gün Suriyanın 25 faizi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin, 10 faizi “İŞİD”-in nəzarətindədir. Rusiyanın dəstəyinə baxmayaraq, Suriya rejimi ölkə ərazisinin yarısına da nəzarət etmir. Müxalifət isə 20 faiz əraziyə nəzarət edir. Belə parçalanmış Suriya kimə lazımdır? Bu gün Suriyanın Deyr-Zor bölgəsində neft yataqlarını kim işğal edib? PYD/YPG terror təşkilatı. Kimin sayəsində işğal edib? Hər kəsə məlumdur”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info