Avropa Komissiyası “Şimal axını-2” layihəsinin işinə qarışmaq istəyir
Tarix: 25.10.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Avropa Komissiyası 3-cü enerji paketinin qaydalarının Avropa İttifaqına üçüncü ölkələrdən gələn bütün boru kəmərlərinə, yəni “Şimal axını-2” layihəsinə də aid olunmasını təklif edəcək. Avropa Komissiyası bu təklifi noyabrın 8-də irəli sürmək niyyətindədir. Avropa İttifaqının 3-cü enerji paketində, o cümlədən, nəzərdə tutulur ki, qaz ixracatçısı Avropa İttifaqı ərazisində magistral boru kəmərinə sahib ola bilməz. Bundan əlavə, həmin paket qaz boru kəmərlərinin sahiblərindən digər şirkətlərə qazın nəql olunması vasitələrindən istifadə imkanı vermələrini tələb edir. Avropa Komissiyası cari ilin əvvəlindən “Şimal axını-2” layihəsinin istismarı məsələlərinə dair danışıqlar aparmaq üçün Aİ-yə üzv ölkələrdən mandat almağa çalışır, lakin hələ ki buna nail olmayıb. 2018-ci ildə Baltik dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan “Şimal axını-2” qaz boru kəməri bundan əvvəl çəkilmiş “Şimal axını-1” ilə yanaşı keçməli və 2019-cu ildə istismara verilməlidir. Avropa Komissiyasında bu qaz boru kəmərinin hazırda planlaşdırıldığı kimi, 2019-cu ildə işə salınacağına inanmırlar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info