Azərbaycanda 8000-dən çox xarici şirkət fəaliyyət göstərir
Tarix: 25.10.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


“Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda beynəlxalq investisiya konfransı keçirilir

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) birgə təşkilatçılığı ilə “Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda Beynəlxalq İnvestisiya Konfransı öz işinə başlayıb. Tədbirdə 11 xarici ölkənin dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən UNCTAD, Avropa Komissiyası, Beynəlxalq Əmək Təşkilatı və Enerji Xartiyası Katibliyinin təmsilçiləri, xarici universitetlərdən nümayəndələr və iş adamları iştirak edir. Azərbaycan tərəfdən konfransa böyük maraq göstərilib və tədbirə müxtəlif dövlət qurumlarının, bir sıra universitet və özəl şirkətləri təmsil edən 40-a yaxın nümayəndə qatılıb.
Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və UNCTAD arasında əlaqələrin əhəmiyyəti, eləcə də gələcək əməkdaşlıq imkanları barədə barədə məlumat verib. Qeyd edilib ki, 2 gün davam edəcək konfransın mövzusu aktualdır və bir sıra əhəmiyyətli sahələr, o cümlədən beynəlxalq investisiya siyasətlərində son yeniliklər, beynəlxalq və regional investisiya sazişləri, investisiya mübahisələrinin həlli və investisiya siyasətlərində ən yaxşı təcrübələr mövzuları ətrafında müzakirələr aparılacaq.
Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya siyasəti və bu sahədə həyata keçirilən hüquqi və institusional islahatları diqqətə çatdıran nazir müavini konfransın investisiyalar sahəsində fikir mübadiləsinin aparılması, yeniliklərin öyrənilməsi və təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb. Bildirilib ki, Azərbaycanda yaradılmış siyasi və iqtisadi sabitlik, biznesə başlamaq üçün prosedurların sadəliyi, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe Azərbaycanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirib. 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun 111 mlrd. ABŞ dollarını xarici investisiyalar təşkil edir. Sahil Babayev bildirib ki, bu gün Azərbaycanda 8000-dən artıq xarici şirkət fəaliyyət göstərir: "Azərbaycana 111 milyard dollar həcmində investisiyanın yatırılması və müxtəlif xarici şirkətlərin ölkəmizdə fəaliyyəti rəsmi Bakının investisiya siyasətinin uğurunun, həm də investisiya sahəsində müxtəlif məsələlərin düzgün tənzimləndiyinin göstəricisidir". Nazir müavini deyib ki, ölkəmizdə xarici investisiya sahəsində mövcud olan qanunvericilik, ölkəmizin investisiya təşviqi və qorunması ilə bağlı 48 sazişin imzalanması xarici investisiyalara görə bir çox hüquqlar verir. Bu hüquqların düzgün tənzimlənməsi investisiya mühitini daha da yaxşılaşdırır: “Azərbaycanın model sazişləri BMT Ticarət və İnkişaf Komissiyası ilə birlikdə hazırlanıb və müvafiq təkmilləşdirmələr aparılıb. Bunun nəticəsidir ki, biz 48 investisiya sazişi imzalamağımıza və 111 milyard dollar investisiya cəlb etməyimizə baxmayaraq indiyədək böyük həcmli investisiya mübahisələrinə, böyük həcmli investisiya mübahisələrindən qaynaqlanan cərimələrlə qarşılaşmamışıq. Bu, Azərbaycanın etibarlı tərəfdaş olduğunun göstəricisidir. Həmçinin bu, Azərbaycanda yaradılmış investisiya mühitinin bugünkü tələblərə cavab verməsinin bir sübutudur. Biz gələcək çağırışları nəzərə alaraq bu istiqamətdə təkmilləşdirmələr aparacağıq”.
UNCTAD-ın İnvestisiya Siyasətləri Departamentinin rəhbəri Corc Veber çıxışında təmsil etdiyi qurumun fəaliyyəti və müvafiq sahədə görülən tədbirlər barədə məlumat verib. Sonra beynəlxalq investisiya siyasətinin müxtəlif istiqamətləri üzrə sessiyalar – “Beynəlxalq investisiya siyasətləri sahəsində son yeniliklər və əsas problemlər”, “Beynəlxalq investisiya sazişləri rejimində islahatlar: səbəblər və həlli yolları” və “İri regional investisiya sazişləri: bölgə üçün təsirləri” keçirilib, beynəlxalq ekspertlərin mövzulara dair məruzələri dinlənilib, müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info