Qazaxıstanla əlaqələrin genişlənməsi ilə bağlı “yol xəritəsi” hazırlanır
Tarix: 25.10.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


İlin sonunadək Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev ilə görüşüb. Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin müttəfiqlik və strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini vurğulayan P. Şahbazov isə iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini və bunun üçün böyük imkanların olduğunu deyib. Qarşılıqlı rəsmi səfərlər və keçirilən görüşlərin, ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın əməkdaşlığın möhkəmləndirilməsində böyük rolunu qeyd edən nazir Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin də mühüm əhəmiyyət daşıdığını deyib. Bildirilib ki, səfər zamanı hər iki ölkənin dövlət rəhbərləri tərəfindən Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaya bir sıra vacib tapşırıqlar verilib. Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının ilin sonuna qədər keçirilməsi məqsədəuyğun sayılıb. Görüşdə ötən müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması və iqtisadi-ticari əməkdaşlığın genişləndirməsi məqsədilə konkret sahələr və istiqamətlər üzrə hazırlanan "yol xəritəsi" ilə bağlı müzakirələr aparılıb. Yeni təkliflər əsasında sənədin bir daha nəzərdən keçirilməsi və ilin sonuna kimi Hökumətlərarası Komissiyanın iclasının təşkilinin vacibliyi qeyd olunub. Görüşdə Azərbaycanla Qazaxıstan arasında enerji əməkdaşlığına dair məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info