Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir
Tarix: 25.10.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) böyük dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilən “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, ADMİU-nun rektoru Fərəh Əliyeva qısa yaradıcılıq ömrü yaşamış unudulmaz dramaturqun zəngin fəaliyyətindən söz açıblar. Bildirilib ki, H.Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub, mədəni irsimizə maraqlı, dərin fəlsəfi düşüncəyə malik obrazlar bəxş edib. Böyük dramaturqun “Maral”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər” və başqa dram əsərləri ədəbiyyatımızın inciləri sırasına daxil olub. Diqqətə çatdırılıb ki, H.Cavidin yaradıcılığına ən böyük qiyməti ulu öndər Heydər Əliyev verib. Ümummilli Liderin səyi və qətiyyəti sayəsində ədibin nəşi uzaq İrkutskdan doğma vətənə gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib. Konfransda H.Cavidin sənət fəlsəfəsinin azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu, Azərbaycan cavidşünaslığının estetik problemləri, XX əsrin əvvəllərində yaranan Azərbaycan romantizmi ilə Avropa romantizmi arasında fərqli və oxşar cəhətləri, “Cavid teatrı”nın milli mədəniyyətimizin tərkib hissəsinə çevrilməsi kimi problemlər müzakirə olunub. Konfrans işini bölmələr üzrə iclaslarla davam etdirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info