“Bəzi münaqişələr dini radikalizm və məzhəb ayrı-seçkiliyinin nəticəsidir”
Tarix: 25.10.2017 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Qazaxda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Seminar-treninqdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülaya Həsənova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür seminar-treninqlər cəmiyyətin, xüsusilə də gənclərin dini radikalizmə qarşı maariflənməsində əvəzsiz rol oynayır. G.Həsənova vurğulayıb ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm və məzhəb ayrı-seçkiliyinin nəticəsidir.
Sonra DQİDK-nın sifarişi ilə çəkilmiş "Şəhadət” sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizm, ekstremizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin vacibliyindən, radikal dini cərəyanların fəaliyyətindən və onlara qarşı mübarizənin başlıca üsullarından danışıb. O, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını bildirib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info