TÜRKSOY Ankarada konfrans keçirib
Tarix: 25.10.2017 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


TÜRKSOY-un Ankaradakı mənzil qərargahında “Türk dünyasının mədəni inteqrasiyasında media və ünsiyyət” mövzusunda konfrans keçirilib.
Konfransda rəsmi şəxslər, diplomatlar, türkdilli ölkələri təmsil edən çox sayda ziyalı iştirak edib.
AZƏRTAC xəbər verir ki, konfransda TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Türkiyə Böyük Millət Məclisinin deputatı Nəbi Avcı və başqaları türk dünyasında mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən və bu işdə KİV-lərin rolundan danışıblar.
Sonra Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuly ölkəsinin müstəqilliyinin 25 illiyi münasibətilə təsis olunan yubiley medalını deputat N.Avcıya təqdim edib.
Daha sonra çıxış edənlər türk dünyasının böyük oğlu, Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin zəngin mənalı ömür yolundan, siyasi hakimiyyəti dövründə qazanılan uğurlardan bəhs ediblər.
Nəbi Avcını təltif olunması münasibətilə təbrik edən çıxışçılar onun mənalı ömür yolundan, hökumət üzvü olduğu dövrdə fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info