Naxçıvanda soyuducu anbarlarda 3 min tondan çox məhsul saxlanılır
Tarix: 25.10.2017 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Muxtar respublikada kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə soyuducu anbarlara 3360 tondan çox məhsul tədarük olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədarük olunan məhsulun 2403 tondan çoxunu kartof, 570 tondan çoxunu soğan, 204 tondan çoxunu alma, 137 tona yaxınını şaftalı, 40 tonunu ərik, habelə kələm, sarımsaq və üzüm məhsulları təşkil edir. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 860 tona yaxını satılıb.
Muxtar respublikada soyuducu anbarlardan səmərəli istifadə etmək məqsədilə anbarlar sahibkarlarla qarşılıqlı razılaşma yolu ilə icarəyə verilir. Belə ki, soyuducu anbarlarda icarə olaraq 378 ton məhsul saxlanılmaqdadır. Hazırda muxtar respublikanın müxtəlif bölgələrində soyuducu anbarlara məhsul tədarükü davam etdirilir.
Qeyd edək ki, hazırda regionda Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və özəl investisiya hesabına yaradılan anbarların sayı 31-ə, onların ümumi tutumu isə 14 min 30 tona çatdırılıb.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Zaqatalada 1250 arıçıya subsidiya veriləcək
18.07.2019
Qubada gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” təlim proqramı keçirilib
17.07.2019
Zaqatala və Balakəndə yeni yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib
17.07.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Lerikdə görüş keçirilib
17.07.2019
“Bakcell” sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info