İçərişəhərdə incəsənət festivalı keçirilir
Tarix: 25.10.2017 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə Bakıda Dekorativ-Tətbiqi İncəsənət Festivalı keçirilir.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a məlumat verib ki, festivalda bir neçə fotoqraf və rəssamın batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid foto və rəsm əsərləri nümayiş olunur.
“İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında reallaşan festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq, bu milli sənət növlərinin inkişafına kömək etməklə yanaşı, yeni potensiala malik olan yaradıcı insanları kəşf etməkdən ibarətdir. Hər il olduğu kimi, bu il də təşkil olunan festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük əhəmiyyət daşıyır. Bir həftə davam edəcək festivalın kuratoru gənc xalçaçı-rəssam Nəsrin Şirinovadır”,- deyə D. Məmmədov söyləyib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Opera səhnəmizin “Nigar”ı
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info