“Azərbaycan tarixində xristianlıq mühüm yerlərdən birini tutub”
Tarix: 25.10.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Sivilizasiyaların mərkəzində yerləşən Azərbaycanda zaman-zaman müxtəlif dinlər mövcud olub. Azərbaycan tarixində xristianlıq mühüm yerlərdən birini tutub. Bu gün ərazimizdə olan alban kilsələri xristianlıqdan qalan yadigardır.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 25-də “Bibliya tarixi” və “Pravoslav katixizisi” kitablarının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, kitabların Azərbaycan dilində təqdim olunması xüsusi əhəmiyyətə malikdir. Çünki azərbaycanlılar bu nəşrləri ana dilində oxuya biləcəklər. Dinini mükəmməl bilən insan heç vaxt radikal qrupların təsirinə düşə bilməz.
Kitabların ictimaiyyət tərəfindən yüksək dəyərləndiriləcəyinə əminliyini bildirən M.Qurbanlı deyib: “Bu cür kitabların Azərbaycanda daha geniş yayılması vacibdir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunub. Bu sülhsevər siyasətin və xalqımızın bütün millətlərə və dinlərə xoş münasibətinin əyani sübutu olaraq “Bibliya tarixi” və “Pravoslav katixizisi” kitabları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri, professor Mayıl Əsgərov tərəfindən dilimizə tərcümə edilib, Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “İqumen Taisinin xatirəsi cəmiyyəti” İctimai Birliyi tərəfindən nəşr olunub. Kitablar DQİDK-nın xüsusi icazəsi ilə Azərbaycana gətirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info