Azərbaycanda bəzi aeroportlarda yenidənqurma işləri aparılacaq
Tarix: 25.10.2017 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Növbəti illərdə mülki aviasiyanın inkişafı istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçiriləcək.
Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.
 
Sənəddə vurğulanıb ki, milli aviadaşıyıcının ("Azərbaycan HavaYolları" QSC, AZAL) səmərəli fəaliyyətinin və gəlirliliyinin artımının təmin edilməsi məqsədilə yaradılmış aşağı büdcəli aviaşirkətin ("Buta Airways") uçuş coğrafiyasının genişləndirilməsi çərçivəsində MDB ölkələrin, Türkiyə və İrana reyslərin açılması nəzərdə tutulub. Mülki donanmanın maddi-texniki bazasının genişləndirilməsi üçün orta uçuş məsafədə istifadə olunan "Embraer" təyyarələri alınacaq, mövcud hava gəmilərinin, onların mühərriklərinin əsaslı təmiri və bərpası aparılacaq.
 
Həmçinin qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində hava məkanından səmərəli istifadə, strategiya və inkişaf üzrə yeni aeronaviqasiya mərkəzinin tikintisi, Yevlax Hava Limanında radar sisteminin inşası, Zaqatala Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının uzadılması, perronun yenidən qurulması və Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının genişləndirilməsi layihələri həyata keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info