9 ayda DMX-nin “Çağrı mərkəzi”nə 79 min 614 zəng daxil olub
Tarix: 25.10.2017 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Bu ilin doqquz ayında Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 17076 qərar qəbul edilib. Onlardan 1930-u ölkə ərazisində yaşamaları leqallaşdırılma, 9122-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma, 5052-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 785-i Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma, 187-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin oktyabrın 25-də Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların, həmçinin media nümayəndələri üçün keçirdiyi “Açıq qapı günü”ndə məlumat verilib.
Xidmətin baş idarə rəis, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanovun, DMX yanında İctimai Şura üzvlərinin və DMX-nin digər səlahiyyətli əməkdaşlarının iştirakı ilə təşkil edilən “Açıq qapı günü” - vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq reallaşıb.
Əvvəlcə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov son illər şəhərdə aparılan tikinti-quruculuq işlərindən söz açıb, miqrasiya sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonra çıxış edən Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Vahid Qəhrəmanov bildirib ki, 2017-ci ilin 9 ayında Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 66 min 828 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. 2017-ci ilin 9 ayında olduğu yer üzrə qeydiyyatla bağlı 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Diqqətə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. DMX-nin fəaliyyət sferasına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlər daxildir. Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər həyata keçirilir.
“Açıq qapı günü”ndə DMX-nin elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. “Elektron hökumət” portalına qoşulmuş qurumun istifadəyə verdiyi 11 elektron xidmətdən istifadə qaydaları və faydaları əyani şəkildə izah olunub, suallar cavablandırılıb. Tədbirdə vurğulanıb ki, elektron xidmətlərin yaratdığı imkanlar sayəsində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq həm də elektron qaydada qəbul edilir.
Məlumat verilib ki, Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az rəsmi saytı tamamilə yenilənib, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilib, zamanın tələbinə uyğunlaşdırılıb. Həmçinin Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində dərc edilən “Miqrasiya” jurnalı mütəmadi nəşr olunur. Jurnalda Azərbaycanın miqrasiya tarixi, miqrasiya siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi mövzularına, miqrasiya prosedur qaydalarına geniş yer verilir.
Dövlət Miqrasiya Xidmətinin 3 dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən Çağrı Mərkəzinin (919) də fəalyyəti yenidən qurulub, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti yüksəldilib, o cümlədən dövlət orqanında qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Nazırlər Kabinetinin 2015-ci il 25 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğunlaşdırılıb. Təkcə bu ilin 9 ayında DMX-nin “Çağrı mərkəzi”nə 79 min 614 zəng daxil olub.
Ölkənin sərhəd nəzarət buraxılış məntəqələrindən keçərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə onlara elə sərhəddəcə Azərbaycan, rus və ingilis dillərində olan müvafiq yaddaş vərəqəsi verilir.
Bildirilib ki, Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamına əsasən fəaliyyəti təmin edilən Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) bu gün ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. Həmçinin VMMS-nin “Giriş-Çıxış və Qeydiyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə və Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunub. Eyni zamanda, DMX-də virtual informasiya təhlükəsizliyinə, o cümlədən istifadə olunan informasiya sistemləri, internet resursları, elektron xidmətlər və kompüter şəbəkələrinin təhlükəsizliyinə ciddi nəzarət həyata keçirilir.
Tədbirdə nəzərə çatdırılıb ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti, həmçinin 8 regional miqrasiya idarəsi üçün müasir inzibati binalar istifadəyə verilib. Həmin binalar müasir tələblərə tam cavab verir və binalarda yüksək səviyyədə xidmət şəraiti yaradılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Qurumun hər bir regional idarəsində miqrasiya məsələləri ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Bu da ictimai maariflənmənin təmin olunmasına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də əhalinin bu sahədə hüquqi biliklərinin artırılmasına xidmət edir.
Bir məqama xüsusi diqqət çəkilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəlişinin məqsədilə vizada göstərilən məqsədləri uyğun olmalıdır. Çünki Miqrasiya Məcəlləsinin 24.5-ci maddəsinə əsasən adi kateqoriyalı giriş vizaları – işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Həmin Məcəllənin 24.7-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. Azərbaycan Respublikası ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və vəzifələri Miqrasiya Məcəlləsi ilə müəyyən edilir. Məcəllənin 76.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməlidirlər.
Sonda suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info