Olqa Savran: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud qanunvericilik beynəlxalq standartlara tam uyğundur”
Tarix: 25.10.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


“Azərbaycan ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında səmərəli əməkdaşlıq əlaqələri var. Bu əməkdaşlıq Azərbaycanın 2003-ci ildə İstanbul Antikorrupsiya Fəaliyyət Planına qoşulmasından sonra xeyli möhkəmlənib”. Bu fikri OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin meneceri xanım Olqa Savran jurnalistlərə müsahibəsində deyib. O.Savran bildirib: “Fəaliyyət Planına əsasən, Azərbaycan Hökuməti ölkədə antikorrupsiya vəziyyətinin monitorinqini aparmalı və bu sahədə qanunveriliciyin beynəlxalq standartlara uyğunluğunun hansi səviyyədə olduğunu, həmçinin ölkədə antikorrupsiya siyasətinin inkişafı vəziyyətini müəyyən etməli idi. Əminliklə deyə bilərik ki, son on il ərzində Azərbaycanda bu sahədə ciddi uğurlar əldə olunub. Ölkənizdə mövcud qanunvericiliyin beynəlxalq standartlara tam uyğunluğu təqdirəlayiq haldır”.
OECD-nin üzv və tərəfdaş ölkələrdə hüquq mühafizə orqanları işçilərinin antikorrupsiya məsələləri ilə bağlı bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirdiyini diqqətə çatdıran qonaq bu baxımdan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin “Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda 8-ci görüşünün əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: “Bu mühüm tədbirin yüksək səviyyədə təşkil olunması Azərbaycan Hökumətinin korrupsiyaya qarşı mübarizə işinə göstərdiyi diqqətin daha bir sübutudur. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təcrübəli və peşəkar kollektivi var və biz bu qurumun səmərəli fəaliyyəti ilə bağlı məruzəni dinləməkdə maraqlıyıq”.
O.Savran xüsusi vurğulayıb ki, bu gün Azərbaycan korrupsiyaya qarşı təkcə ölkə daxilində mübarizə aparmaqla kifayətlənmir, bu sahədə beynəlxalq əməkdaşlığa da böyük əhəmiyyət verir. Bu gün Bakıda keçirilən tədbirdə müxtəlif ölkələri və aidiyyəti qurumları təmsil edən mütəxəssislər korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli müzakirələr aparır, təcrübələrini bölüşürlər. Ümidvaram, bu tədbir korrupsiyaya qarşı mübarizədə prokurorlar və hüquq mühafizə orqanlarının əməkdaşları üçün çox səmərəli olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info