Gənclər və idman idarələrinin rəhbərlərinin iştirakı ilə Dövlət Proqramının icrası müzakirə olunub
Tarix: 25.10.2017 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Oktyabrın 25-də Azərbaycan Milli Olimpiya Komitəsində Gənclər və İdman Nazirliyinin gənclər və idman idarələrinin rəhbərlərinin iştirakı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına dair ictimai müzakirə keçirilib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev Dövlət Proqramının Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsasən hazırlandığını vurğulayıb. Qeyd edib ki, bu mükəmməl sənəddə Azərbaycan gənclərinin maraqları, onların hərtərəfli inkişafı, beynəlxalq platformalara çıxışı məsələləri tam nəzərə alınıb. Bu da Azərbaycan dövlətinin ölkə gənclərinə yüksək diqqət və qayğısının növbəti bariz nümunəsidir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə gənclər və idman sahələrinə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. R.Abbasov bildirib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də proqramın əhatə etdiyi dövrdə ölkə gəncliyinin inkişafı, gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində silsilə tədbirlər təşkil edəcək. Bu istiqamətdə hazırlıq prosesinə artıq başlanılıb.
Digər çıxış edənlər Dövlət Proqramının ölkə gənclərinin həyatında mühüm rol oynayacağını, onların dünyagörüşünün artırılmasına, fiziki və mənəvi sağlamlıqlarının güclənməsinə, beynəlxalq arenaya inteqrasiyasına təkan verəcəyini vurğulayıblar.
Tədbirdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan istiqamətlər üzrə gənclərin əsas problemləri, onların həlli yolları, beynəlxalq təcrübə, gənclərlə bağlı həyata keçirilmiş əvvəlki dövlət proqramlarının nəticələri və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info