“The Jerusalem Post” Bakı Şopinq Festivalından yazıb
Tarix: 25.10.2017 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində Bakı Şopinq Festivalı haqqına geniş məqalə dərc edilib. Tanınmış jurnalist Arye Qutun müəllifi olduğu məqalədə qeyd olunur ki, bu ilin aprel-may aylarında keçirilən ilk festivalın nəticəsi kifayət qədər uğurlu olub. Belə ki, yalnız aprel ayı ərzində ölkəyə 187,577 turist gəlib, festivalın keçirilməsindən isə dövlət büdcəsinə 5,6 milyon manat vəsait daxil olub.
Bu barədə Azərbaycan Konqreslər Bürosundan məlumat verilib.
Müəllif yazır ki, ikinci festival isə öz yenilikləri ilə yadda qalacaq və ölkəyə daha çox turist cəlb edəcək. AZAL və Azərbaycan Konqreslər Bürosunun birgə təşkilatçılığı ilə Azərbaycana ucuz tur paketlərin təşkili məhz buna hesablanıb. Hazırda bu kampaniya çərçivəsində dünyanın 10 şəhərindən Bakıya bazar qiymətinə nisbətən daha münasib qiymətlərlə tur-paketlər təklif edilir. Bu tur-paketlərlə ölkəyə səfər edənlər festival müddətində etdikləri alış-verişin ƏDV-nin bir qismini geri almaqla yanaşı, həm də təşkil olunacaq müxtəlif daxili turlar sayəsində öz istirahətlərini daha da maraqlı edə bilərlər.
Qəzetdə qeyd edilir ki, adı çəkilən turlara sığorta, transfer, şopinq turlarda iştirak da daxildir. Turistlərə təklif olunan imkanlar arasında onlara verilən hədiyyələr də xüsusilə maraqlıdır. Belə ki, alış-verişin stimullaşdırılması üçün yalnız turistlər üçün hədiyyə kartları təklif ediləcək ki, həmin kartlar vasitəsilə Festival iştirakçısı olan bəzi mağazalarda minimum 10 faiz endirim əldə etmək mümkün olacaq. İstifadə edilməyən hədiyyə kartları isə festivalın sonuna qədər turizm şirkətinə geri qaytarıla bilər.
Müəllif sonda israilli turistləri də bu imkandan yararlanmağa və Bakı Şopinq Festivalına qatılmağa dəvət edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Tailandda parlament seçkiləri keçirilir
24.03.2019
Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 115-ə çatıb
24.03.2019
Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi üçün 2,1 milyard dollar kredit verir
24.03.2019
Afrikada “İday“ siklonu 700-dən artıq insanın həyatəna son qoyub
24.03.2019
Somalidə terrorçular nazir müavinini qətlə yetiriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info