BANM və İtaliyanın “Maire Tecnimont Group” şirkəti arasında əməkdaşlıq genişlənir
Tarix: 25.10.2017 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) İtaliyanın "Maire Tecnimont Group" şirkətinin Azərbaycan üzrə nümayəndəliyi “KT-Kinetics Technology” şirkəti ilə əməkdaşlığının yeni mərhələsinə başlayıb. Bu münasibətlə BANM-də tərəflər arasında olan İnkişaf Proqramının II mərhələsinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Avqusto Masari, “Maire Tecnimont Group”un Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Cianni Bardazzi, Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, İnsan resursları üzrə meneceri Aida Bəşirova və ali məktəbin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Elmar Qasımov “Kinetics Technology” şirkəti ilə olan əməkdaşlığın BANM və onun tələbələri üçün əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, ötən ilki uğurlu əməkdaşlığın nəticəsi olaraq BANM-in artıq 2 məzunu “Kinetics Technology” şirkətində çalışır, 4 nəfər isə bu il istehsalat təcrübə proqramı keçmək üçün seçiliblər.
Daha sonra səfir və Cianni Bardazzi “Maire Tecnimont Group” və BANM-in birgə layihəsi haqda öz fikirlərini bildirib və onlara ünvanlanan sualları cavablandırıblar.
Tədbir zamanı “Kinetics Tecnology” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern və kadrlar üzrə mütəxəssis Aida Bəşirova iştirakçılara şirkətin fəaliyyətindən bəhs edən təqdimat ediblər.
BANM-in məzunları, hazırda “Kinetics Technology” şirkətinin əməkdaşları olan Riyad Baxşıyev və Sənan İbrahimov tədbirdə çıxış edərək keçdikləri təcrübə proqramlarından bəhs edib və BANM tərəfindən onlara göstərilən dəstəyə görə rektora öz təşəkkürlərini bildiriblər. Növbəti çıxış BANM-in “Kinetics Technology” şirkətində bu il təcrübə istehsalat proqramı keçəcək tələbələri Həcər Hidayətqızı və Zərifə Orucovaya aid olub.
Tədbirin sonunda Elmar Qasımov səfir Avqusto Masari və vitse-prezident Cianni Bardazziyə BANM-in Fəxri qonağı plaketini təqdim edib.
Qeyd edək ki, BANM-in 4-cü və 5-ci kursları üçün nəzərdə tutulan bu proqram BANM və İtaliyanın “Maire Tecnimont Group” şirkəti arasında 19 oktyabr 2016-cı il tarixində imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info