Qaradağ rayonunun qəsəbələri abadlaşdırılır
Tarix: 25.10.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Sənaye rayonu olan Qaradağda tikinti-quruculuq işləri, sosial layihələrin icrası sahəsində son vaxtlar genişmiqyaslı işlər görülür. Rayonda yeni parklar salınır, abadlıq və yaşıllaşdırma işləri Bakı-Astara yolunun Lökbatan dairəsindən başlayaraq Ələt qəsəbəsi də daxil olmaqla 60 kilometr məsafəni əhatə edir.
AZƏRTAC xəbər verir ki, həmin tədbirlər zamanı burada 1000 ədəd zeytun, 10 minə yaxın şam və sərv ağacları, dekorativ bəzək kolları əkilib.
Lökbatan qəsəbəsində hərbi şəhərciyin qarşısında yolüstü piyada keçidi istifadəyə verilib. Sahil, Səngəçal, Qobustan və Ələt qəsəbələrində binaların fasadları rənglənib, 8 min kvadratmetrdən çox dam örtüyü vurulub, qəsəbələrdə hasarlar çəkilib, 10 min kvadratmetrdən çox hörgü işləri aparılıb. Bakı-Salyan avtomobil yolunun kənarlarına səki daşları düzülüb.
Ələt qəsəbəsini də əhatə edən abadlıq-quruculuq işləri çərçivəsində ərazidə 25 min kvadratmetrdən çox sahəyə asfalt örtük salınması nəzərdə tutulur. Qəsəbədə yeni sosial obyektlər tikilir, köhnə binalar əsaslı şəkildə bərpa olunur. Yenidənqurma işləri zamanı ümumi görünüşə xələlə gətirən tikililər və qəza vəziyyətində olan binalar sökülərək planlı şəkildə müasir tələblər səviyyəsində inşa edilir. Qəsəbələrdə yaşayış evlərinin dam örtüyü və fasad hissəsində yenidənqurma və əsaslı təmir işləri aparılır. Qəsəbədə tikinti işləri dəmiryol stansiyasını da aparılır.
Rayonda ümumilikdə 500 kilometr uzunluğunda neft kəmərləri, qaz və su xətləri yenidən rənglənib, xətlər ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb. Tikinti-quruculuq işlərinə 50-dən çox texnika, maşın və mexanizmlər cəlb olunub. Görülən işlər zamanı yerli sakinlərin məşğulluğunu təmin etmək üçün briqadalar yaradılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info