Nəhayət ki, ruslar erməni konyaklarının saxta olduğunu başa düşdülər
Tarix: 25.10.2017 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


“Aysor”: ”Ermənistandan Rusiyaya göndərilən 8 maşın erməni konyakı geri qaytarılıb”

Hələ 2014-cü ilin oktyabrında Avrasiya İqtisadi Birliyinə daxil olan Ermənistan rəhbərliyi xalqına böyük ümidlər vermişdi. Doğrudur, xalqın müəyyən qismi bu ümidlərə tərəddüdlə yanaşsa da, çoxlarında bu ümidə inam yox idi. Onlar heç bir sənaye istehsalına malik olmayan bir ölkənin daxil olduğu təşkilata hansı töhfəni verə biləcəyini yaxşı başa düşürdülər. Reallıq isə budur ki, təşkilatda “layiq olduğu” yeri mənimsəyən Ermənistan bu gün də Rusiyanın yedəyində qərar tutub. Əslində, bu gün Ermənistan Avrasiya İqtisadi Birliyi üçün artıq yükdür. Bunu təşkilata üzv olan Belarus və Qazaxıstan rəhbərliyi də açıq olmasa belə, etiraf etməkdədirlər. Lakin hələ yeganə Rusiyadır ki, Ermənistanın yükünü çəkməyi özünə rəva bilir. Amma necə? Ermənistandan Rusiyaya göndərilən 8 maşın erməni konyakı geri qaytarılıb (“Aysor”). Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan şərabçılar birliyinin sədri Avaq Arutyunyan bildirib. O, Moskvanın son zamanlar erməni konyak istehsalçıları üçün yaratdığı problemləri də nəzərə çatdırmağı unutmayıb.
Avaq Arutyunyan Ermənistandan ixrac edilən brend konyakın müəyyən hissəsinin saxta olduğunu bildirsə də, Moskvanın da oyun qaydalarını dəyişdiyinə xüsusi eyham vurub. «Bu gün Rusiya artıq oyunun qaydalarını dəyişib. Əvvəllər onlar saxtakarlığa qarşı mübarizəni təqlid edirdilər. İndi isə heç bir imitasiya yoxdur. Belə ki, Ermənistanla bağlı şərtlər daha da möhkəmləndirilib. Yəni bizə qarşı ölçüyəgəlməyən yeni göstəricilər ortaya qoyublar»-deyən sədr, Ermənistanda hələ ki, bu cür vasitələrin, yəni məhsulun əvvəlcədən saxta olduğunu müəyyənləşdirən vasitələrin olmadığını bildirib.

Avaq Arutyunyan bu gün erməni konyakının mövqeyinin kəskin şəkildə aşağı düşdüyünü də etiraf edib: «Mən bu gün ağrılı da olsa, erməni konyakının imicini itirməyə doğru getdiyini etiraf etməliyəm. Vəziyyət o həddə çatıb ki, bu gün eərməni brendi alıcılara rus və Dağıstan konyaklarından da aşağı qiymətə təklif edilir. Doğrudan da bu çox kədərli bir haldır».

Şərabçılar birliyinin sədri Ermənistandan ixrac edilən brend konyakın bir hissəsinin saxta olduğunu etiraf etmək məcburiyyətndə qalsa da, bunun Rusiya bazarlarına təsadüf nəticəsində göndərilə biləcəyini də «istisna etməyib»: «Konyak istesalında saxtakarlığın səviyyəsini əvvəllər yerli istehsalçılar nəzərətdə saxlayırdılar. Bunları həyata keçirməyə icazə verən xüsusi cihazlar mövcud idi. Lakin yeni meyarlar təqdim ediləndən sonra artıq bütün sadaladıqlarım nəzarətdən çıxıb».
Maraqlıdır ki, Arutyunyan Rusiyadan geri göndərilən brend konyakın hansı şirkətə aid olduğu barədə verilən sualı cavablandırmaqdan imtina edib. İrəvan konyak zavodunun brend məhsullarında saxtakarlığa yol verilirmi, sualına cavab verən sədr, bu zavodda heç bir saxtakarlığa yol verilmədiyini bildirir: «Bu gün İrəvan konyak zavodunu satın alan «Perno Rikar»ın heç bir problemi yoxdur. Yenə də əsas istehsal yerlərində izotopik üsullardan və SSRİ-dən miras qalmış konyak spirtlərindən test yolu ilə istifadə edilir».

“Biz özümüz də satış qiymətlərimizi aşağı salmaq məcburiyyətindəyik. Çünki bizim hazırkı imicimiz 2008-ci ildə qazandığımız imicdən çox-çox aşağıdır.”

Avaq Arutyunyan bu gün erməni konyakının mövqeyinin kəskin şəkildə aşağı düşdüyünü də etiraf edib: «Mən bu gün ağrılı da olsa, erməni konyakının imicini itirməyə doğru getdiyini etiraf etməliyəm. Vəziyyət o həddə çatıb ki, bu gün eərməni brendi alıcılara rus və Dağıstan konyaklarından da aşağı qiymətə təklif edilir. Doğrudan da bu çox kədərli bir haldır».
«Biz özümüz də satış qiymətlərimizi aşağı salmaq məcburiyyətindəyik. Çünki bizim hazırkı imicimiz 2008-ci ildə qazandığımız imicdən çox-çox aşağıdır. Bu gün konyak istehsalındakı kölgə pulumuz çox böyük bir yerlərdən birini tutur»-deyə erməni sədr bildirib.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info