Patriarx Kirill: “Dini abidələrin dağıdılması bütün münaqişələr üçün təhlükəlidir“
Tarix: 25.10.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


"Dini abidələrin dağıdılması bütün münaqişələr üçün təhlükəlidir".
 
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Moskva və Bütün Rusiyanın patriarxı Kirill Rusiya Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında bildirib. 
 
"Bir müddət əvvəl Ermənistan və Azərbaycanın dini liderləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mümkünlüyünü müzakirə etmək üçün dəvətim əsasında Moskvaya gəlmişdilər. Biz bəyanat qəbul etdik. Həmin bəyanatda dini abidələrin qorunmasının və onlara hörmətlə yanaşılmasının vacibliyi qeyd olunub. Bizim tərəfimizdən bu prinsipial mövqe ortaya qoyuldu. Biz anlayırıq ki, müqəddəs abidələrə toxunanda, münaqişə yenidən alovlanır, qəddarlıq dərəcəsi kritik həddə çatır. Bu bəyanatı ona görə verdik ki, hər iki tərəfdən dini abidələrin dağıdılması ilə bağlı məlumatlar daxil olurdu. Ermənistan və Azərbaycanın dini liderləri özlərində güc taparaq bəyan etdilər ki, dini abidələr, binalar, dini adətlər təhqir oluna bilməz və olunmamalıdır. Çünki belə olan halda siyasi münaqişə dini hisslərin enerjisini oyadır. Bu isə bütün münaqişələr üçün çox təhlükəlidir", - deyə Patriarx Kirill vurğulayıb. 


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info