Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın siyasi nüfuzunu artıracaq
Tarix: 25.10.2017 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Ermənilər təlaş içində: “Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilərmi” sualına cavab axtarılır

Bir neçə gündən sonra Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini açılışı olacaq. Bununla da Azərbaycan daha bir dünya səviyyəli layihənin reallaşdırmış olacaq. Azərbaycan tərəfinin təşəbbüsü ilə start alan bu layihənin siyasi-iqtisadi əhəmiyyəti çox böyükdür. Belə ki, istifadəyə veriləcək dəmir yolu xətti ilə Çindən və ümumiyyətlə, Asiyadan gələn yüklər Türkiyəyə, oradan isə Avropaya və əks istiqamətə daşınacaq. Qədim İpək yolu dəmir yolu xətti ilə yenidən istifadəyə verilmiş olacaq. Böyük nəqliyyat qovşağına dünyanın bir çox ölkəsi böyük maraq göstərir. Çünki istər Avropa ölkələri, istərsə də Çin daxil olmaqla Asiya ölkələri yeni, daha etibarlı və iqtisadi baxımdan sərfəli tranzit dəhlizi əldə etmiş olacaqlar.

Soso Çinçadze: “Ermənistanın bu layihəyə olan marağını başa düşürəm. Ümid edirəm ki, nə vaxtsa Ermənistan da bu dəmir yolu xəttindən istifadə edər. Əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınması zaman etibarı ilə digər marşrutlara nisbətən daha sərfəli olduğundan dövlətlər üçün xeyli cəlbedicidir. Son vaxtlar ölkəmizdə həyata keçirilən siyasət Azərbaycanın tranzit-nəqliyyat dəhlizinə çevrilməsini təmin edəcək. “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması istiqamətində xeyli iş həyata keçirilib. Bu dəhlizin Azərbaycan hissəsində işlər demək olar ki, yekunlaşıb. Noyabrın 1-də Tehranda Azərbaycan, Rusiya və İran dövlət başçılarının növbəti görüşünün keçirilməsi gözlənilir. Həmin görüşdə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı məsələ də müzakirə ediləcək. Nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi Azərbaycana iqtisadi dividentlər qazandırmaqla yanaşı, ölkəmizin siyasi əhəmiyyətini, çəkisini də artırmış olur.


Kaxa Qoqolaşvili:
“Avropa illə Asiya arasında körpünün işə düşməsi geosiyasi funksiyadır”


Rəsmi Bakı beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvü kimi mövqelərini gücləndirir. Çinlə Britaniyanı birləşdirəcək böyük dəhlizin mərkəzi nöqtəsi Azərbaycandır. Rəsmi Pekinin Azərbaycanın təşəbbüsü ilə reallaşan layihəyə verdiyi açıq dəstək layihənin dəyərini daha da artırmış olur. Çünki yük daşınmasını həyata keçirəcək əsas dövlətlərdən biri elə Çin olacaq. Bu layihə ilə siyasi-iqtisadi nüfuzunu artırmış olan Azərbaycan, torpaqlarının 20 faizini işğal edən Ermənistanı daha bir dünya səviyyəli layihədən kənarda saxlayıb. Torpaqlarımızı işğal etməklə özünü təcrid vəziyyətinə salan İrəvanın tək çıxış yolu rəsmi Bakı ilə razılaşmaqdır-torpaqlar işğaldan azad edilməlidir! Əks halda, Ermənistanın təcridi davam edəcək. Son bir neçə gün ərzində Ermənistan mətbuatında Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı xeyli yazılar dərc olunur. Ermənilər, əsasən gürcü ekspertlərə müraciət edərək Ermənistanın bu nəqliyyat dəhlizindən mümkün istifadəsi imkanlarını öyrənməyə çalışırlar. Hiss olunur ki, ermənilər diaspor gücü vasitəsilə müxtəlif dövlətlərdən istifadə edərək reallaşmasına qarşı çıxdıqları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadə verilməsi ərəfəsində çox məyusdurlar. Onlar qarşısını ala bilmədikləri layihədə iştirak etmək haqqında düşünməyə başlayıblar. Erməni mətbuatı Gürcüstanın Diplomatiya Akademiyasının rektoru Soso Çinçadzeyə bu məsələni şərh etmək üçün müraciət ediblər. Gürcü mütəxəssis cavabında bunları deyib: “Yen dəmir yolu xəttinin istifadə verilməsini müsbət qiymətləndirirəm. Mən Ermənistanın bu layihəyə olan marağını başa düşürəm. Ümid edirəm ki, nə vaxtsa Ermənistan da bu dəmir yolu xəttindən istifadə edər. Qalan məsələ siyasilərin işidir. Ermənistanın blokadası Gürcüstanın rifahını artırmır. Bizim marağımız tələb edir ki, regionda heç kim zərər çəkməsin, qarşıdurma olmasın. Amma, təəssüf ki, sülh tam şəkildə təmin olunmayıb. Ermənistanın blokadasına gəldikdə isə hesab edirəm ki, onu yumşaltmaq üçün başqa yollar var. Əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Eləcə də Abxaziya və Dnestrayanı münaqişələri də nizamlanmalıdır”. Erməni jurnalistin gürcü ekspert, ünvanladığı 4 sualdan 3-ü “Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilərmi” formasında olub. Soso Çinçadze isə hər dəfə sualdan yayınaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına işarə edib. Ürəyi soyumayan “Lragir” əməkdaşı bu dəfə başqa bir gürcüyə müraciət edib. Avropa Araşdırmalar mərkəzinin rəhbəri Kaxa Qoqolaşvili cavabında bildirib ki, ölkəsi üçün Avropa ilə dəmir yolu əlaqəsinin inkişafı çox mühümdür: “Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Gürcüstana ticarəti genişləndirmək, Avropa istiqamətinə yükdaşımanın effektivliyini artırmağa imkan verəcək. Avropa ilə Asiya arasında körpünün işə düşməsi Gürcüstan üçün çox vacibdir. Bu, geosiyasi funksiyadır”. Kaxa Qoqolaşvili erməni jurnalistin sualına cavab olaraq bildirib ki, yeni dəmir yolu xəttinin istifadəyə verilməsinin Ermənistanın izolyasiyası ilə heç bir əlaqəsi yoxdur. Ermənistan layihədən istifadə etmək üçün bir çox problemləri həll etməlidir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info