“Türkiyə İraqla PKK-ya qarşı birgə mübarizə aparmağa hazırdır”
Tarix: 25.10.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan İraq baş naziri Haydar əl-İbadi ilə görüşüb. İraqın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayan Ərdoğan İraq kürd bölgə muxtariyyətinin refrendum qərarına qarşı çıxdıqlarını xatırladıb. Ərdoğan iki ölkə arasında 9 milyard dollar həcmində olan ticarət dövriyyəsinin artırılmasını zəruri sayıb. Kərkük-Ceyhan neft kəmərinin yenidən işə düşməsi və iki ölkə arasında yeni sərhəd-keçid məntəqələrinin açılması üçün işlərin davam etdiyini diqqətə çatdıran Türkiyə prezidenti İraqda Kandil, Sincar kimi bölgələrdə PKK terror təşkilatının mövcud olduğunu söyləyib: “Türkiyə İraqla bu bölgələrdə PKK-ya qarşı birgə mübarizə aparmağa hazırdır”. İraq baş naziri də çıxışında bölgədə problemləri həll etməyin zamanı çatdığını bildirib: “Terrorizmlə mübarizədə əməkdaşlıq önəmlidir. “İŞİD” terror təşkilatı çoxlu sayda insanımızı qətlə yetirdiyi kimi, infrastrukturumuzu da dağıdıb. Şükür olsun ki, İraq gücləri “İŞİD”-ə qalib gəldi. İraq Konstitusiyasına görə, qanundan kənar silaha sahib olan hər qrupa qarşı mübarizə aparılmalıdır. Əsas məqsədimiz İraqı və bölgəni təhdid edən terror təşkilatlarına qarşı mübarizə aparmaqdır. Təssüf ki, İraqdakı digər xalqların razılığı olmadan Şimali İraqda birtərəfli referendum keçirildi və biz də buna qarşı mübarizə apardıq. Təəssüf ki, bəziləri bu referendumla torpaqlarımızı parçalamaq istədi. Mərkəzi İraq hökuməti olaraq bütün vətəndaşlarımızı qorumalıyıq. Hazırkı İraq ordusu, təhlükəsizlik qüvvələri Səddam Hüseyn dövründəki güclərə bənzəmir, əsas vəzifəsi vətəndaşların təhlükəsizliyini qorumaqdır. Biz İraq hərbçilərinə göstəriş verdik ki, heç bir halda mülki şəxslərə qarşı silah tətbiq etməyin. Şükürlər olsun ki, kürdlərin, türkmənlərin və ərəblərin dəstəyi ilə qanun təmin edildi”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info