Kənd təsərrüfatının inkişafını vacib edən amil :qlobal ərzaq tələbi 60 faiz artacaq
Tarix: 25.10.2017 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Dünyada qeyri-neft sektorunun inkişafı bu gün ən aktual məsələlərdən birinə çevrilib. Artıq kənd təsərrüfatının yenidən kəşf edildiyini deyən mütəxəssislər bildirirlər ki, aclıq, qidalanma ilə bağlı çatışmazlıqlar, ərzaq təhlükəsizliyi zəmanətinin olmaması və digər tərəfdən israfın yaşandığı bir dövrdə kənd təsərrüfatı yenidən gündəmə gəlir. Eləcə də kənd təsərrüfatının müasirləşməsi və sürətli şəhərə axın faktı kənddə həyatını davam etdirə bilməyən ailələrin şəhərə köçməsinə və əkinçilikdən ayrılmasına səbəb olur.

Dünyanı ərzaq böhranı təhlükəsi gözləyir

Beynəlxalq təşkilatlar əhalinin ərzaqla təminatı ilə bağlı bu istiqamətdə mühüm addımların atılmasının vacibliyini bildirirlər. Beynəlxalq Paxlalı bitkilər Konfederasiyası (GPC) 55 ölkə, 18 milli federasiya, 1000-dən çox fərdi üzvü olan sektorda ən təsirli və ən böyük qlobal birlikdir. Konfederasiyanın sədri Hüseyn Arslan dünyanı ərzaq böhranı təhlükəsinin gözlədiyi ilə bağlı xəbərdarlıq edib.
Dünya əhalisinin sürətlə artdığını deyən Hüseyn Arslan, Hindistan və Çin kimi ölkələrin əhalisinin sayının 2,7 milyard nəfərə çatdığını, sürətlə artmaqda olan dünya əhalisinin 2050-ci ilə qədər 9,5 milyarda çatacağını və qlobal ərzaq tələbinin 60 faiz artacağını bildirib. Aparılan araşdırma nəticəsində, artan əhali sayı ilə əlaqədar olaraq 10 min il ərzində istehsal edilən ərzaq miqdarının qarşıdakı 40 ildə istehsal edilməsinin lazım olduğunu və bu səbəblə bağlı insan həyatı üçün ən əhəmiyyətli amilin davamlı əkinçilik olduğunu vurğulayıb.

"Dünyada hər il 1,4 milyard ton ərzaq tullantılarının olması fəlakətdir"

Dünyada bir tərəfdə aclıq yaşandığı halda digər tərəfdə ildə 1,4 milyard ton qida israfı olmasını fəlakət olaraq qiymətləndirən H.Arslan deyib: "İsraf edilən bu miqdarın dörddə biri ilə aclıq keçirən milyonlarla insanın ərzaq ehtiyacını ödəmək mümkündür. Bu tullantıların iqtisadi dəyəri 1 trilyon dollardır”.
Ərzaq israfı ilə əlaqədar dünyada aktual olan ən əhəmiyyətli mövzulardan birinin “son istifadə tarixi” anlayışı olduğunu deyən H. Arslan bu sahədə istehlakçıların bilməli olduğu vacib məqamları açıqlayıb: “Paxlalılar və konservlərdə “son istifadə tarixi”nin olmaması, bunun əvəzinə “tövsiyə edilən tarix”in yazılmasının lazım olduğuna diqqət etmək lazımdır. Konserv qapağında şişmə, qabarma olmadığı müddətcə o məhsul mühafizə və istehlak edilə bilər. “Son istifadə tarixi” ötən paxlalı bitki məhsullarında həşərat və paketdə şişmə olmadığı müddətdə xarab olmadığı, bu məhsulların çox uzun illər istehlak edilməli olduğuna diqqət çəkən mütəxəssislər ərzaq israfının qarşısını almaqla bağlı tədqiqatlar aparırlar. Fransa və İtaliyada son istifadə tarixi keçən məhsulları bələdiyyəyə verən marketlərə bəzi vergilərdən endirim tətbiq olunmaqdadır, bu məhsullar ehtiyacı olanlara verilir”.

“Daha az suya ehtiyac duyan, quraqlığa və xəstəliklərə davamlı, məhsuldarlığı yüksək yeni toxumlar yetişdirilməlidir”

Qlobal istiləşmə və iqlim dəyişikliyinin, yeni toxumların yetişdirilməsini zərurətini yaratdığını deyən Hüseyn Arslan dünya ölkələrinin istehsalın artması üçün daha az suya ehtiyac duyacaq, quraqlığa və xəstəliklərə davamlı, məhsuldarlığı yüksək yeni toxumlar yetişdirmək üçün Ar-Ge çalışmalarına üstünlük verdiyini bildirib.
İqlim dəyişikliyi, ölkələrin istehsal prosesində və məhsul çeşidində də dəyişikliklərə səbəb olacağını deyən Arslan, bu müddətdə ölkələrin iqlim və torpaq xüsusiyyətlərini nəzərə alaraq kənd təsərrüfatı istehsalının planlaşdırılmasının lazım olduğu ilə bağlı xəbərdarlıq edib. Əkin sahələrinin coğrafi şərtlərini, torpaq xüsusiyyətlərini, maddi vəsaiti də nəzərə alaraq bunlara uyğun məhsul növləri istehsal etmək lazım olduğunu söyləyən Arslan bildirib ki, hər ölkə bütün növ məhsulu istehsal etmək məcburiyyətində deyil: “Dünya artıq bir kənddir, istənilən məhsula tələb olan halda əldə etmək mümkündür. Biz ən yaxşı növləri, ən çox səmərə alacağımız, rəqabət şansımızın ən çox olduğu məhsulları yetişdirmək və bunu davamlı etmək məcburiyyətindəyik”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info