Azərbaycan-Uruqvay münasibətləri: uzaq ölkədə yaxın dostlar
Tarix: 13.05.2013 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Beynəlxalq miqyasda Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması ildən-ilə ölkəmizin nüfuzunun yüksəlməsinə və nəhayət, dünya birliyinin 155 üzvünün dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvlüyünə zəmanət rolunu oynadı. Belə bir şəraitdə ölkəmizin dünyanın bütün qitələrində təmsil olunması istiqamətində atılan ciddi addımlar Azərbaycanın qlobal siyasi arenada iştirak və təsir gücünü də artırmış oldu. Hazırda dünyanın 70-dən çox ölkəsində Azərbaycanın diplomatik missiyaları dünyanı Azərbaycana, Azərbaycanı isə dünyaya yaxınlaşdırmaq istiqamətində uğurlu fəaliyyət göstərirlər. Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadi qüdrətini bizdən çox-çox uzaqlarda yerləşən ölkələrin cəmiyyətlərinə və dövlətlərinə layiqincə təqdim edirlər. Belə uzaq ölkələrdən biri də Cənubi Amerika qitəsinin ən məşhur ölkəsi hesab edilən Uruqvay Şərq Respublikasıdır. İki yüz illik müstəqillik tarixinə malik olan Uruqvay dünyada parlamentarizm demokratiyasının ən yaxşı nümunələrindən sayılan siyasi quruluşa malik olmaqla çoxmədəniyyətli və plüralist bir cəmiyyətin təşəkkül tapdığı demokratik bir ölkədir.
May ayının əvvəllərində Uruqvay parlamentinin dəvəti ilə Milli Məclisin Azərbaycan-Uruqvay dostluq qrupu üzvlərinin Uruqvay Respublikasına ilk rəsmi səfəri həyata keçirilib. Səfər parlamentlərarası əlaqələri genişləndirməklə iki ölkə arasında mədəni-iqtisadi əlaqələrin təşviqinə və hər iki ölkənin beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlığının gücləndirilməsinə xidmət edirdi. Milli Məclisin üzvü, Azərbaycan-Uruqvay dostluq qrupunun sədri Cavanşir Feyziyev və dostluq qrupunun üzvü, millət vəkili Aslan Cəfərov, eləcə də ölkənin beş nüfuzlu şirkətinin rəhbərlərindən ibarət olan nümayəndə heyətini Uruqvay Şərq Respublikasının paytaxtında-Montevideo hava limanında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə və Uruqvay parlamenti beynəlxalq əlaqələr şöbəsinin müdiri Oskar Pikinella qarşılayıb. Azərbaycan nümayəndə heyətinin ilk rəsmi görüşləri Uruqvay Parlamentində olub. Uruqvay parlament institutu çoxpartiyalılıq prinsipi əsasında demokratik seçkilər yolu ilə formalaşan iki palatadan - Nümayəndələr Palatası və Senatdan ibarətdir. Uzunmüddətli müstəqillik tarixinə malik olan Uruqvay Respublikası Mərkəzi Amerikada parlament demokratiyasının ən yüksək inkişaf etdiyi ölkə kimi tanınır. Əvvəlcə qonaqlar yüz il əvvəl inşa edilmiş və bu gün də Mərkəzi Amerikada ən gözəl memarlıq abidələrindən biri sayılan Parlament Sarayı ilə tanış olublar. Avropa sənətkarlığına aid zəngin memarlıq xüsusiyyətlərinə malik olan parlament sarayı yüksək zövqlü tərtibatı ilə muzeyi xatırladır. Uruqvaylılar haqlı olaraq bu nadir memarlıq nümunəsi ilə fəxr edirlər. Binanın tarixi və geniş zallarını bəzəyən tərtibat işləri barədə qonaqlara ətraflı məlumat verilib, daha sonra azərbaycanlı qonaqları Uruqvay Nümayəndələr Palatasının sədri cənab German Kardoso qəbul edib.
Spiker German Kardoso Azərbaycan-Uruqvay dostluq qrupunun Uruqvay parlamentinə ilk səfərini yüksək qiymətləndirdiyini və qrupla birgə iş adamlarının da səfərə gəlməsinin parlamentdə böyük maraq doğurduğunu qeyd edib. Nümayəndə heyətinin rəhbəri, millət vəkili Cavanşir Feyziyev Azərbaycan dövləti və Milli Məclisi tərəfindən bütün ölkələrlə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə və bütün sahələrdə hərtərəfli və faydalı əməkdaşlıq fəaliyyətinin bərqərar olunmasına xüsusi önəm verildiyini bildirib. Azərbaycan cəmiyyətinin dünyəvi, tolerant və multikulturalist ənənələrə malik olduğunu vurğulayan Cavanşir Feyziyev ölkəmizin hələ 20-ci əsrin əvvəllərində Şərqdə ilk parlament respublikası qurduğunu qeyd edərək Azərbaycanda parlamentarizmin inkişaf tarixi barəsində Kardosoya ətraflı məlumat verib, Milli Məclisin sədri Oqtay Əsədovun dəvət məktubunu təqdim edərək onun Azərbaycana rəsmi səfərə dəvət olunduğunu bildirib. Uruqvay parlamentinin sədri German Kardoso dəvəti məmnuniyyətlə qəbul etdiyini, dəvətə görə Milli Məclisin sədrinə minnətdarlığını çatdırmağı və yaxın zamanlarda Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib. Görüşün sonunda Uruqvay Parlamentinin rəsmi Qonaqlar Kitabına nümayəndə heyətimizin Uruqvay parlamentinə ən xoş arzularını əks etdirən xatirə qeydləri edilib.
Parlamentdə növbəti görüş Azərbaycanın da üzv olduğu Parlamentlərarası İttifaqda təmsil olunan Uruqvay nümayəndə heyətinin üzvləri və o cümlədən hal-hazırda bu beynəlxalq qurumun vitse-prezidenti vəzifəsini daşıyan uruqvaylı senator İvonne Possada ilə, sonra isə Uruqvay Parlamentində 10 nəfərdən ibarət Uruqvay-Azərbaycan dostluq qrupunun üzvləri ilə keçirilib. Görüşdə iştirak edən Uruqvaylı deputatlar keçən il Azərbaycana etdikləri səfərdən məmnun qaldıqlarını və Azərbaycan nümayəndə heyətinin qarşılıqlı səfərini alqışladıqlarını bildiriblər.
Növbəti günlərdə Azərbaycan nümayəndə heyəti Uruqvay Prezidenti Administrasiyasının Dövlət katibi cənab Diego Kanepa, Uruqvay xarici işlər naziri cənab Luis Almaqro, Uruqvay kənd təsərrüfatı naziri cənab cənab Tabare Agerre və digər rəsmi şəxslər tərəfindən qəbul edilib. Uruqvay Prezident Administrasiyasının rəhbəri, Dövlət katibi Dieqo Kanepa bu ilin əvvəlində Azərbaycana səfərini, bu səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşünü, eləcə də Milli Məclisdə keçən görüşlərini xatırladıb və səfərdən məmnun qaldığını bildirib. İki saat davam edən görüşdə Uruqvay-Azərbaycan əlaqələrinin mövcud vəziyyəti, eyni zamanda həm Qafqazda, həm də Cənubi Amerika regionundakı mövcud geosiyasi vəziyyət, hər iki ölkənin öz regionunda oynadığı rol və ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi və bu əlaqələrin bütün istiqamətlərdə inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan nümayəndə heyəti Uruqvayın xarici işlər naziri Luis Almaqro ilə də görüşüb. Nazir region haqqında qismən məlumatlı olduğunu, ölkəsinin regionda baş verən hadisələri diqqətlə izlədiyini və Azərbaycan-Uruqvay münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu, hər iki ölkənin müxtəlif qurumları arasında yaranmaqda olan əməkdaşlıq meyillərini dəstəklədiyini bildirib. Nazir Luis Almaqroya regionun və eləcə də ölkəmizin tarixi və mədəniyyəti haqqında, Azərbaycanın Qafqazda və eləcə də Avropa ilə Asiyanın qovşağında yerləşməklə daha geniş bir regionda oynadığı müstəsna rol barəsində geniş və ətraflı məlumat verilib. Azərbaycan nümayəndə heyətinin daha bir maraqlı görüşü Uruqvay heyvandarlıq, kənd təsərrüfatı və balıqçılıq naziri Tabare Aqerre ilə olub.
Səfər müddətində MM üzvləri həmçinin Uruqvay Milli Ət İstehsalı İnstitutunda ( İNAC ) olublar. Azərbaycan nümayəndə heyəti Uruqvaya davam edən səfəri çərçivəsində Uruqvay Dövlət Gömrük Komitəsində də qəbul olunub. Uruqvay Dövlət Gömrük Komitəsinin direktoru Enrike Kanon ölkəmizdə rəsmi səfərdə olduğunu və Azərbaycan Dövlət Gömrük Komitəsi ilə təcrübə mübadiləsi sahəsində faydalı əməkdaşlıq etdiklərini bildirib. Azərbaycan nümayəndə heyətinin Uruqvaya davam edən bir həftəlik səfəri ərzində Uruqvayın sabiq prezidenti senator Lakajie və hazırda iqtidarda olan hakim partiyanın sədri senator xanım Monika Xavier ilə görüşlər də xüsusi maraq doğurub. Senator xanım Monika Xavierlə görüş hakim partiyanın baş qərargahında təşkil olunub. Uruqvayın sabiq prezidenti, senator Lakajie Azərbaycan nümayəndə heyətini parlamentdə-öz iş otağında qəbul edib.
Səfərin davam etdiyi bir həftə ərzində Milli Məclisin Azərbaycan-Uruqvay dostluq qrupu ilə birlikdə Azərbaycandan Uruqvaya gəlmiş iş adamları da Uruqvay əczaçılıq sənayesinin iri ixracatçıları ilə faydalı görüşlər keçirməyə müvəffəq olubar. Hələ səfərin ilk günündə Milli Məclis üzvləri və iş adamları Trust Konsultinq şirkətinin ofisində olublar. Sonrakı günlərdə MM üzvlərinin rəsmi görüşləri ilə paralel olaraq Azərbaycan iş adamlarından ibarət olan qrupun Uruqvayın iri əczaçılıq ixracatçıları olan “Urufarma”, “Gramon Bago”, “Celsius”, “Cibeles”, “Roemmers” və “Microsules” şirkətləri ilə istehsal müəssisələrində işgüzar görüşlər keçirilib. “Roemmers” və “Microsules” şirkətləri ilə Azərbaycanın “Avromed” və “Azərimed” şirkətləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info