“Buta Airways” Bakıdan olan reyslərdə uçuş terminalını dəyişir
Tarix: 26.10.2017 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


“Buta Airways” loukoster aviaşirkəti oktyabrın 29-dan etibarən Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun “Terminal 2”nin Şimal girişi vasitəsilə yerinə yetirilməyə başlayacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, loukoster gələn reysləri isə əvvəlki kimi “Terminal 1”də yerinə yetirməyi planlaşdırır.
“Terminal 2” mülki hava limanlarının istismarı üzrə bütün beynəlxalq tələblərə cavab verir. Terminalda kafe və restoranlar, “Duty Free” rüsumsuz ticarət mağazaları fəaliyyət göstərir. Hava limanının bütün ərazisində pulsuz yüksəksürətli internet (Baku Airport Free Wi-Fi) təklif olunur.
Həmçinin uçuş terminalının dəyişməsi ilə əlaqədar olaraq, BakuBus H1 Airport Express avtobusunun marşrutu da dəyişəcək. “Terminal 2”nin uçuş zonasının qarşısında əlavə dayanacaq olacaq. Avtobus hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakının mərkəzi ("28 May" metro stansiyası) arasında "Koroğlu" metro stansiyasının yaxınlığında qısamüddətli dayanmaqla hərəkət edir.
Əlavə məlumat üçün terminallardakı məlumat köşklərindəki əməkdaşlara, (+994 12) 497 27 27 telefon nömrəsi vasitəsilə aeroportun 24 saat fəaliyyət göstərən Çağrı mərkəzinə, həmçinin “Facebook” sosial şəbəkəsində “www.fb.com/BakuAirport” rəsmi səhifəsinə müraciət etmək olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info