“CNN-in aparıcısı Azərbaycan torpaqlarının işğalının pərdələnməsində təbliğat alətinə çevrilib”
Tarix: 26.10.2017 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev CNN-də veriliş aparan Antoni Burdenin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar ABŞ-ın məşhur “Buzzfeed news” media orqanına müsahibə verib.
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, H. Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün A. Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib.
 
“Təəssüf edirik ki, Antoni Burden Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində təbliğat alətinə çevrilib. İşğal altında olan ərazilərdən mətbəx mövzusunda şou proqram hazırlamaq zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir”.
 
Müsahibədə H. Hacıyevin “Twitter” profilində yer alan statusuna istinadən qeyd olunub ki, etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici, mənəviyyatsız hərəkətdir və bu, dayandırılmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
18.01.2019
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
18.01.2019
Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019
Tural Gəncəliyev: “Biz danışıqlardan daha konkret nəticələr gözləyirik”
18.01.2019
Sevinc Fətəliyeva: Azərbaycanla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info