Almaniya-Azərbaycan biznes əlaqələri inkişaf edir
Tarix: 26.10.2017 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Almaniyanın Leipzig şəhərində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən şirkətlərin təmsilçiləri ilə Leipzig Sənaye və Ticarət Palatasının 20-dən artıq rəhbər heyəti və üzvləri ilə biznes və B2B ikitərəfli görüşləri keçirilib. Bu görüşlər Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə həyata keçirilən Menecer Təlim Proqramları çərçivəsində reallaşıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan tərəfdən tədbirdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Təmiz şəhər”, "AzMirvari”, "ERA Marketing Center”, "Azersun holding”, "Azinka HR&CC”, "Millennium Tourism Lufthansa City Center ”, "Az granata”, "North West Construction”, "Nur-Qida”, "Azinterpartlayish-x”, "Akkord”, "Baku Business Factory”, "ACT Azerbaijan”, "MhWirth” və "Trast B.V.” KMT kimi şirkətlərin nümayəndələri iştirak ediblər. Öncə ev sahibləri bölgə və palatanın fəaliyyəti haqqında geniş məlumat verib, sonra öz təqdimatlarını ediblər.
Daha sonra Azərbaycan nümayəndə heyəti ölkəmizin iqtisadi-mədəni potensialını əks etdirən mükəmməl təqdimatla və iştirakçı şirkətlərin fəaliyyətini əks etdirən məlumatlarla çıxış ediblər. Sonda “Azerbaijan-Land of Fire” videoçarxı nümayiş olunub.
İşgüzar tədbir ikitərəfli görüşlərlə davam etdirilib. Xatırladaq ki, Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin Azərbaycanla birgə həyata keçirdiyi Menecer Təlim Proqramı çərçivəsində ölkəmizi təmsil edən 16 şirkətin nümayəndəsi bu ölkədə səfərdədir. Proqram Almaniya-Azərbaycan biznes əlaqələrinin inkişaf etdirilməsinə xidmət edir. Belə ki, Təlim Proqramının məqsədi Almaniyanın tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrinin yaradılması və onlara inkişaf istiqamətində yardım etməkdir. Bunun üçün xarici müəssisələrin nümayəndələrinin Almaniyada iqtisadi təhsil alması, biznes əlaqələrinin yaradılması ilə yeni bazarların inkişafı, Azərbaycan biznesinin rəqabətqabiliyyətliliyini idarəetmə bacarığı vasitəsilə yüksəltmək əsas vasitələrdir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info