Rusiyalı professor: “Uzunmüddətli araşdırmalar nəticəsində Dədə Qorqud obrazını sevdim”
Tarix: 26.10.2017 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Moskva Dövlət Linqvistik Universitetinin (MDLU) ədəbiyyat kafedrasının müdiri, görkəmli ədəbiyyatşünas, tərcüməçi və professor Aleksandr Bondarevə Azərbaycan Dillər Universitetinin (ADU) dəvətli professoru adı verilib. Bu barədə ADU-dan məlumat verilib.
Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla uzun illərdən bəri yaxından tanıdığı A.Bondarevin təhsil və elm sahəsində nailiyyətlərindən danışıb və iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində onun əhəmiyyətli rolunun olacağına inandığını söyləyib. Daha sonra A.Bondarevə ADU-nun dəvətli professoru vəsiqəsi təqdim edilib.
A.Bondarev ADU-da bir sıra görüşlərdə iştirak etdiyini və mühazirələr oxuduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, tələbələrlə ünsiyyətdən zövq aldığını deyib: “Oxuduğum mühazirələrdə tələbələrin Dədə Qorqud obrazına sevgisini gördüm. Mən özüm də uzun müddət davam edən araşdırmalar nəticəsində bu obrazı sevdim. Biz bu dünyaya sosial cəmiyyətdə yalnız insan olmaq üçün deyil, eyni zamanda, Dədə Qorqud kimi mənəvi dəyərləri olan şəxs kimi formalaşmaq üçün gəlirik”.
A.Bondarev ADU rəhbərliyinə bu ada layiq görüldüyü üçün təşəkkür edib. O, hər iki universitet arasında qarşılıqlı əməkdaşlığın faydalı olacağına ümid etdiyini bildirib.
Sonra qonaq “Müasir Rusiyanın ədəbiyyatı və mədəniyyəti” mövzusunda keçirilən “dəyirmi masa”da iştirak edib. Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Məmməd Əliyev A.Bondarevi universitetdə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, fakültələr və kafedralar haqqında məlumatlandırıb. Rusiyalı alim indiyədək ADU-ya üç dəfə gəldiyini və hər dəfə Azərbaycanın təhsil sistemini daha yaxından öyrəndiyini bildirib.
Sonda A.Bondarevə ADU-nun rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası tərəfindən xatirə hədiyyəsi verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info