YAP Nəsimi rayon təşkilatının X konfransı keçirilib 
Tarix: 26.10.2017 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının X konfransı keçirilib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov konfransda iştirak edib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə çıxış edərək ötən müddətdə görülmüş işlər barədə məlumat verib.
Sonra YAP Nəsimi rayon təşkilatının nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib. Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və 25 illik uğurlu fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
YAP Siyasi Şurasının üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Yeni Azərbaycan Partiyasının nüfuzunun gündən-günə artdığını bildirib. O, partiyanın Nəsimi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal şəkildə iştirak etdiyini söyləyib.
YAP Nəsimi rayon təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, keçdiyi inkişaf yolundan söhbət açıb.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən amillərdən, həmin dövrdə ölkəmizdə mövcud olmuş ağır ictimai-siyasi vəziyyətdən danışıb. Prezidentin köməkçisi qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında birləşdirib. Bu gün Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.
Partiyanın rayon təşkilatının bir sıra fəal üzvlərinə təşəkkürnamələr təqdim edilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info