Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələr daha da inkişaf edib
Tarix: 26.10.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında Meksika Birləşmiş Ştatlarının Azərbaycandaki səfiri Xuan Rodriqo Labardini Floreslə görüş keçirilib.
Administrasiyanın mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi, dəniz nəqliyyatı sahəsinin də inkişaf etdirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayaraq, dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradıldığını diqqətə çatdırıb.
Q.Qurbanov deyib ki, Dövlət Dəniz Administrasiyası qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir. Ölkəmiz bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla da inkişaf etdirməkdədir.
Azərbaycan Respublikası 1995-ci ildən BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən “Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya”, “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (SOLAS-74), “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (MARPOL), “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya” (STCW), “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya” (COLREG), “Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya”, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”, “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya” daxil olmaqla dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub.
Dövlət Dəniz Administrasiyasının rəisi həmçinin bildirib ki, Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu tərəfindən 28 may-6 iyun tarixlərində Dövlət Dəniz Admnistrasiyasında həyata keçirilən audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə əsasən, respublikamız 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub.
Azərbaycanla Meksikanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığına toxunan Q.Qurbanov deyib ki, Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının Şurasında dəniz nəqliyyatı və naviqasiyası üzrə maraqlı dövlətlərin daxil olduğu C kateqoriyası üzrə Meksikanın üzv seçilməsi Administrasiya tərəfindən daim hərtərəfli dəstəklənib.
Azərbaycan ilə Meksika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, son illərdə siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayan Q.Qurbanov bildirib ki, Meksikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olması, Latın Amerikası ölkələrindən ilk dəfə olaraq məhz Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması, eyni zamanda Meksikanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olmaqla bərabər, Xocalı faciəsini soyqırım kimi tanıması tərəfimizdən yüksək dəyərləndirilir.
Qəbula görə təşəkkür edən Meksika Birləşmiş Ştatlarının Azərbaycandaki səfiri Xuan Rodriqo Labardini Flores bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd edildiyini deyib. Bu illər ərzində Azərbaycanla Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirildiyini qeyd edən səfir bildirib ki, yaxın günlərdə imzalanmış hökumətlərarası təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş ölkələrarası münasibətlərin inkişafında mühüm rol oynayır.
Bundan əlavə, ikitərəfli münasibətlərin inkişafında və möhkəmlənməsində parlamentlərarası əlaqələrin, həyata keçirilən mədəni-humanitar layihələrin, siyasi məsləhətləşmələrin önəmini də xüsusi vurğulanmalıdır.
Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanla Meksika arasında mövcud ticarət dövriyyəsinin 3 dəfəyə qədər artması ikitərəfli əlaqələrin daha da inkişaf etdiyinə nümunədir.
Görüşdə vurğulanıb ki, Azərbaycanla Meksika arasında digər sahələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar və perspektivlər mövcuddur. Meksikanın bu sahədə böyük və zəngin təcrübəyə malik olduğunu nəzərə alaraq Dövlət Dəniz Administrasiyası bu əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsində və təcrübə mübadiləsinin aparılmasında maraqlıdır və bu istiqamətdə səylərin artırılması, eləcə də daim diqqət mərkəzində saxlanılması zəruridir.
Səfir Labardini, öz növbəsində, səfirliyin fəaliyyəti və onun əsas məqsədlərindən biri – müxtəlif sektorlar üzrə ikitərəfli əlaqələrin möhkəmlənməsi – barədə danışıb. Bu xüsusda, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası ilə onun Meksikadakı həmkar qurumu arasında mümkün əməkdaşlığı qeyd edib. Həmçinin, diplomat Meksikada limanların rolu və dəniz sektorunun vacib məlumatlarını diqqətə çatdırıb. Eyni zamanda məlumat verildi ki, Meksikada iki okean – Sakit və Atlantik okeanlara - çıxışı olan yüksək səviyyəli liman qurğuları mövcuddur. Bundan əlavə, əməliyyat qabiliyyətini illik 98 milyon tona çatdırmağı istəyən yeni Verakruz Limanının imkanları vurğulanıb.
Beynəlxalq Dəniz Təşkilatındakı üzvlükləri haqqında söhbət edən tərəflər bu qurum çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə edərək, məsələ ilə bağlı fikir mübadiləsi aparıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info