BANM-in tələbələri Barselonada “HackUPC” yarışında iştirak ediblər
Tarix: 26.10.2017 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası üzrə təhsil alan üç tələbəsi Kataloniya Politexnik Universitetində təşkil olunmuş HackUPC layihəsində iştirak etmək üçün İspaniyanın Barselona şəhərində olublar. HackUPC texnika və texnologiya istiqamətli kreativ və yaradıcı gəncləri birləşdirən çox maraqlı tədbirdir. Burada iştirakçılar komanda şəklində işləyərək proqramlar, oyunlar, robotlar yaradır.
BANM-dən sözügedən layihədə 5-ci kurs tələbələri Kərim Kərimov və Şamil Ömərov, 3-cü kursdan isə Hacalı Bayramov iştirak edib. Tələbələrimiz müxtəlif ölkələrin İT (İnformasiya Texnologiyaları) sahəsindən gələn 700 tələbə ilə birlikdə yeni texnologiyaları öyrənib, maraqlı insanlarla tanış olub və əyləncəli vaxt keçiriblər. Layihənin əsas məqsədi tələbələr arasında İT yarışması olub və bu yarışma düz 36 saat davam edib. Bu zaman çərçivəsində onlar seçilmiş mövzuya uyğun İT həll hazırlayıblar. Tələbələrimizin yarışdığı mövzu isə “Əlyazmaların kompüter köməyi ilə oxunması və istifadəçiyə təqdim olunması” olub. Qeyd edək ki, bu kateqoriyada iştirak edən 9 komanda arasında 2-ci yerə layiq görülən tələbələr Kataloniya Politexnik Universitetinin böyük marağına səbəb olublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info