“Daha iki qızıl yatağında hasilata başlanılır”
Tarix: 26.10.2017 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


"Anglo Asian Mining" şirkəti 2017-ci ilin son rübündə "Qədir" yatağında hasilatı bərpa edə bilər. "APA-Economics" xəbər verir ki, bu barədə
şirkətin baş icraçı direktoru Reza Vəziri bildirib.
 
"Fevral ayından etibarən yataqda kəşfiyyat işləri aparılırdı. Kəşfiyyat işləri sübut etdi ki, son rübdə "Qədir" yatağında hasilata başlamaq olar", - deyə o vurğulayıb.
 
R. Vəziri əlavə edib ki, "Qədir" və "Gədəbəy" yataqlarında yeraltı minerallaşma prosesi gedib: "Beləliklə, mövcud olan tunelin genişlənməsi 2018-ci ilədək davam edəcək".
 
"Ordubad" yatağındakı duruma toxunan şirkət rəhbəri deyib ki, o qədər baha olmayan geoloji kəşfiyyat işləri uğurla başa çatdırılıb. "Nəticələr ümidvericidir. Belə ki, yeraltı və yerüstü minerallaşma təsdiqlənib", - deyə R. Vəziri bildirib.
 
Onun sözlərinə görə, "Uğur" yatağında kəşfiyyat işləri davam etdirilir.

"Biz yeni və mövcud yataqlarda kəşfiyyat işlərinə köklənmişik. Bir müddət öncə biz bəyan etdik ki, "Uğur" yatağında istehsal prosesinin başlanması ilə cari ilin üçüncü rübündə hasilatımız artacaq. 2017-ci ilin geridə qalan hissəsinə nəzər saldıqda deyə bilərəm ki, bu müddət ərzində biz hasilat prosesini optimallaşdırdıq, lakin əldə etdiyimiz yeni bilgilərlə səbrsizliklə 2018-ci ilin ilk rübündə hasilatın bərpasına ümid edirik", - deyə R. Vəziri bildirib.

Sentyabrın 13-də "Anglo Asian Mining" bəyan edib ki, Daşkəsən rayonundakı "Uğur" yatağında qızıl hasilatına başlayıb.

"Uğur" yatağı 2016-cı ilin oktyabr ayında kəşf edilib.
 
Şirkətin məlumatına əsasən, sentyabrın 1-dən 10-dək qızıl külçəsi formasında orta gündəlik hasilat 212 unsiya təşkil edib.

Həmin vaxt R. Vəziri bildirib ki, rəhbərlik etdiyi şirkət 2017-ci ildə Azərbaycanda 64-72 min unsiya qızıl hasil etmək niyyətindədir.

"Uğur" yatağından çıxarıla bilən qiymətli metal ehtiyatları 147 min unsiya qızıl və 808 min unsiya gümüş təşkil edir.
 
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində "Gədəbəy" yatağından hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo Asian Mining PLC" şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
 
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə "Gədəbəy" yatağından başlanılıb. "Qoşa" yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət "Qədir" yatağında qızıl hasilatına başlayıb.
 
"Anglo Asian Mining" cari ilin ilk yarısında qızıl külçələrin satışından 19,423 mln. dollar əldə edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info