Bilik Fondunda Araz Qurbanovun kitabının təqdimatı olub
Tarix: 26.10.2017 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İmzalı görüş” layihəsi çərçivəsində “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı olub.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunun təqdimat mərasimində fondun “Gənc jurnalistlər” klubunun, “Tariximizi öyrədək və öyrənək” gənclər klubunun üzvləri, “ASAN Könüllüləri”, Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollecin tələbələri iştirak ediblər.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bildirib ki, A.Qurbanovun bu əsərində Ermənistanın Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma “erməni soyqırım” tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur. İcraçı direktorun sözlərinə görə, kitab həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox əhəmiyyətli olduğundan xarici dillərə tərcümə edilməsi vacibdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunaraq əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistan və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəlmiş təhdidləri barədə məlumat verib, onların neytrallaşdırılmasında düzgün və məqsədyönlü təbliğat işinin əhəmiyyətini qeyd edib.
Sonra A.Qurbanov sualları cavablandırıb.
Tədbirin sonunda “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabı müəllifin imzası ilə tədbir iştirakçılarına paylanılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info