“Bakı-Tbilisi-Qars  irimiqyaslı layihədir”
Tarix: 26.10.2017 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars dəmir yolu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialını xeyli gücləndirəcək.
Bu fikri Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev oktyabrın 26-da keçirdiyi brifinqdə deyib.
Səfirin sözlərinə görə, Bakı-Tbilisi-Qars təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, həm də İpək yolu üzərində Asiya və Avropanı birləşdirən bütün ölkələrin nəqliyyat-tranzit əməkdaşlığının inkişafına təkan verəcək irimiqyaslı layihədir. Bu layihənin reallaşdırılması zamanı Qazaxıstanın maşınqayırma məhsullarından da istifadə edilib.
Diplomat deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunda Qazaxıstanın 10 teplovozu istifadə ediləcək. Eyni zamanda, 2020-ci ilədək Qazaxıstan bu layihə üçün Azərbaycanı 40 yükdaşıma elektrovozu ilə təmin edəcək.
Bildirilib ki, Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarını hazırlamağa başlayıb. Həmin qatar Rumıniyaya çatdırılması nəzərdə tutulan kömürlə yüklənəcək. Bir neçə gün əvvəl isə Qazaxıstandan Türkiyənin Mersin şəhərinə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə taxıl aparan birinci yük qatarı yola salınıb.
Azərbaycan və Qazaxıstan arasında dəmir yolu vasitəsilə yükdaşımaların həcmindən danışan Beybit İsabayev deyib ki, cari ilin 9 ayı ərzində ölkələrimiz arasında yükdaşımaların həcmi 1,5 milyon tona çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 146 faiz çoxdur. Diplomatın fikrincə, yaxın gələcəkdə Qazaxıstan və Azərbaycan Avropa ilə Asiya arasında yüklərin daşınmasında əsas tranzit rolunu oynayacaq.
Mətbuat konfransında bu ilin sonunadək Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının görüşünün olacağı, iqtisadi əməkdaşlığın inkişafına dair bütün sahələr üzrə aktual məsələlərin müzakirə ediləcəyi diqqətə çatdırılıb.
Qazaxıstanın Azərbaycandakı səfiri iki ölkə arasında ticarət dövriyyəsinin həcmindən danışaraq bildirib ki, Prezident Nursultan Nazarbayev ticarət dövriyyəsinin iki dəfədən çox artırılması üçün tapşırıqlar verib. Bu ilin 9 ayı ərzində ticarət dövriyyəsində 15 faiz artım müşahidə edilir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info