Amerikalılar yerli telekanallar və nəşrlərə niyə etibar etmir
Tarix: 26.10.2017 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


“Nəyə görə Senatın kəşfiyyat komitəsi bizdə bu qədər uydurma xəbərlər olmasının səbəbini öyrənmək üçün yayılan feyk xəbərlərlə məşğul olmur?”

ABŞ əhalisinin əhəmiyyətli hissəsi yerli telekanallar və nəşrlərə etibar etmir. Bunu keçirilən sorğu ortaya çıxarıb. Sorğuda amerikalı respondentlərə “Amerika mətbuatı obyektivdirmi və ya onlar hakimiyyətin və iri biznes dairələrinin təsirindədirmi” sualı ünvanlanıb.
Sorğu iştirakçılarının 59 faizi hesab edib ki, yerli KİV öz müstəqil mövqeyini deyil, iri sahibkarların və siyasilərin mövqeyini ifadə edir. 2015-ci illə keçirilən analoji sorğu ilə müqayisədə yeli KİV-in siyasilər və sahibkarların marağını ifadə etməsini düşünənlərin sayı 6 faiz artıb. Respublikaçılar Partiyasının tərəfdarlarının yerli mətbuata inamsızlığı daha çoxdur. Belə ki, sorğunun nəticələrinə əsasən prezident Donald Trampın tərəfdarlarının və respublikaçıların 78 faizi kütləvi informasiya vasitələrinin obyektivliyinə inanmır. Demokratların tərəfdarlarının isə təxminən yarısı yerli KİV-in bitərəfliyinə şübhə ilə yanaşır.

Sorğu iştirakçılarının 59 faizi hesab edir ki, yerli KİV öz müstəqil mövqeyini deyil, iri sahibkarların və siyasilərin mövqeyini ifadə edir

Əsasən, yüksək təhsilli şəxslərin yaşadığı yer kimi qəbul edilən qərb ştatlarında isə mətbuata etimad faizi bir qədər yüksəkdir. Sorğunu Fransanın məşhur “IFop” şirkəti sentyabrın 20-27 tarixlərində keçirib. Sorğuda yaşı 18-dən yuxarı 802 ABŞ vətəndaşı iştirak edib. Xatırladaq ki, ABŞ dövlət başçısı Donald Tramp ölkəsinin media orqanları ilə “soyuq savaş”dadır. Elə bir neçə gün əvvəl Tramp Senat komissiyasına müraciət edib ki, kənarda düşmən axtarmaqdansa, yalan məlumatlar tirajlayan Amerika KİV-i ilə məşğul olsun. Tramp ənənəsinə sadiq qalaraq “Twitter” vasitəsilə komitəyə müraciət edib: “Nəyə görə Senatın kəşfiyyat komitəsi bizdə bu qədər uydurma xəbərlər olmasının səbəbini öyrənmək üçün yayılan feyk xəbərlərlə məşğul olmur?”. Donald Tramp artıq neçənci dəfədir ki, Amerika mediasını feyk xəbərlər yaymaqda, naməlum mənbələrə istinad etməkdə ittiham edir. ABŞ-da media ilə bağlı bu proseslər baş verdiyi bir vaxtda Ədliyyə Nazirliyi “RT America” telekanalının ölkədə xarici agent kimi qeydə alınması ilə bağlı məsələ qaldırıb. Artıq Nümayəndələr Palatasına xarici agent məsələsi ilə bağlı qanun layihəsi daxil olub. Həmin qanun Ədliyyə Nazirliyinə əlavə səlahiyyət verəcək. Həmin səlahiyyətlərə əsasən Ədliyyə Nazirliyi ölkədəki siyasi proseslərə “qeyri-qanuni” şəkildə müdaxilə edən təşkilatları izləmək, üzə çıxarmaq imkanı qazanacaq. Ekspertlər hesab edirlər ki, ABŞ-da yerli KİV orqanlarına etimadın azalmasının əsas səbəblərindən biri də feyk xəbərlərin sayının həddindən artıq olması ilə bağlıdır. Yerli KİV-ə etimadı azalan amerikalılar alternativ xəbər mənbəyi kimi “RT America”nı seçirlər. CNN, BBC kimi telekanalların reytinqinin azalması, onları izləyən tamaşaçı sayındakı eniş müqabilində “RT America”nın izləyicilərinin sayı artır. Həmin media orqanlarının arxasında dayanan qüvvələr informasiya məkanında alternativ mənbə görmək istəmədiklərindən “RT America”nın xarici agent kimi qeydə alınması məsələsini ortaya atıblar.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər
16.09.2018
İran iqtisadiyyatının böhrandan çıxış yolu varmı?
16.09.2018
“Manqxut” qasırğası Çində ciddi fəsadlara səbəb olub, ölənlər var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info