Mərkəzi Avropa ölkələri Avropa Birliyindən uzaqlaşır
Tarix: 26.10.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Bu ilin oktyabrında Avstriyada keçirilən seçkilərdə mühafizəkar Avstriya Xalq Partiyasından qələbə qazanan 31 yaşlı Sebastyan Kurtz özünə kansler vəzifəsini təmin etdi. Şübhəsiz ki, o belə bir vəzifəni özünə təmin etməklə inkişaf etmiş ölkələrdə ən gənc siyasi lider kimi tarixə düşəcək.
Bundan əlavə, maraqlı məqam Kurtzun seçkilərdə ikincilik qazanan sağçı Azadlıq Partiyası ilə koalisiyaya gedib getməyəcəyi ilə bağlıdır. Kurtz artıq hökumətinin antisemitizmin hər hansı təzahürlərinə qarşı həssas olacağını bildirib. Təbii ki, Kurtzun qələbəsi gənc olduğu üçün diqqətəlayiqdir və onun partiyasının Avropa Birliyi barədə səsləndirdiyi mənfi ideyalar Mərkəzi Avropa ölkələrində daha çox populyarlıq qazanmaqdadır. Maraqlıdır ki, belə bir tendensiya son zamanlar Çexiyada da müşahidə edilməkdədir. Belə ki, ölkənin paytaxtında təşkil edilən mətbuat konfransında çıxış edən 63 yaşlı milyarder-sənayeçi baş nazir Andrey Babiş Avropanın təhlükəsizlik sahəsindəki fəaliyyətini uğursuz kimi dəyərləndirərək, ölkəsinin Avropa ölkələri ilə inteqrasiyasına ehtiyac duyulmadığını bəyan edib. Təbii ki, Babiş həmyerlilərinin ruhu barədə bilgilidir və ölkə əhalisinin çox az qisminin avro bölgəsinə qoşulmaq istəyində olduğunu başa düşür.
Xatırladaq ki, Çex Respublikası, digər keçmiş kommunist ölkələri kimi, özünü 1980-ci illərin sonlarında Sovetlərdən azad edə bilib. Həmin ərəfədə ölkə prezidenti seçilən dissident- yazıcı Vaslav Qavel sovet blokundan qırılan Mərkəzi Avropa ölkələrinin öz doğma evlərinə necə döndüyünü fərəhlə təsvir etmişdi. Lakin sonralar bu ev daha çox dostluq deyil, mübahisəli və xəyal qırıqlığı halına çevrilməyə başladı.
Bu gün Mərkəzi Avropa artıq çox mühafizəkardır. Bu, Kurtz Avstriyasının timsalında çaha çılpaqlığı ilə müşahidə edilməkdədir. Hazırda bu ölkə siyasi baxımdan Sovet ruhuna daha çox uyğun gəlir. Bir müddət bundan əvvəl «Financial Times» nəşrinə müsahibə verən gənc kansler kommunizmdən qopan ölkələrlə Avropa Birliyi arasında "körpü" tikəcəyini bəyanlayıb. Təbii ki, bu körpünün tikintisi çətin bir iş olacaq. Çünki vaxtilə Qavelin də Avropa ailəsində böyük əhəmiyyət verdiyi Çexiya, Macarıstan, Polşa və Slovakiya kimi ölkələrin bu gün artıq ortaq bir şeyi yoxdur.
Polşa digər qonşu ölkələrdən yalnız bir cəhətdən fərqlənir: Varşava Rusiya və onun rəhbərliyi ilə bu gün də düşmənçilik edir.
Polşadan fərqli olaraq, Macarıstanı Avropa Birliyi ilə antaqonizm birləşdirsə də, ölkə rəhbəri Viktor Orban Rusiya və onun rəhbəri ilə möhkəm əlaqədədir.
Mərkəzi Avropa sakinləri müstəqil bir siyasət hazırlasalar da, bu ölkələrdə getdikcə daha çox hakim siyasi fikirlər Avropa Birliyinin liberal idealları ilə ziddiyyət təşkil etməkdədir. Hazırda Britaniya, onun «Brexiti» və Mərkəzi Avropa ölkələri arasında qalan Avropa Birliyi getdikcə xəyal qırıqlığı yaradır. Sərhədləri bağlamaq arzusu, Brüsselin mövqeyini qəbul etmək istəksizliyi artır və yayılır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info