Əkinçilik sektoruna texnoloji və rəqəmsal yenilik tətbiq edilməlidir
Tarix: 26.10.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Dünya iqtisadiyyatında baş verən dəyişiklikləri mütəxəssislər müxtəlif amillərlə izah edirlər. Mövcud problemlərin aradan qaldırılması ilə bağlı irəli sürülən təkliflər gələcəkdə daha da artacaq aclığın aradan qaldırılmasına yönəlib. Bu istiqamətdə irəli sürülən təkliflərdən biri istehsalın artırılmasıdır.

800 milyon insan gündə 2 dollardan az gəlirlə yaşamaq üçün mübarizə aparır

İstanbul Sənaye Palatası (İSP) idarə heyətinin sədri Erdal Bahçıvan dünyada yaşanan regional qarşıdurmalar, geosiyasi gərginliklər, enerji müharibələri ilə bağlı qlobal iqtisadiyyatın çıxış yolu tapmaqda çətinliklərlə üzləşdiyini bildirib: “Dünyada maliyyə bazarlarının həcmi, real iqtisadiyyatın həcminin on qatına çatıb. Qlobal gəlirdə sənayenin payı azaldıqca virtual qazanca əsaslanan iqtisadiyyat yaranıb. Son 20 il ərzində dünyada bərabərsizlik daha da artıb. Dünya Bankının hesablamalarına görə, bu gün təxminən 800 milyon insan gündə 2 dollardan az gəlirlə yaşamaq üçün mübarizə aparır. Gənclər arasında işsizlik səviyyəsi artarkən, iqtisadi artımı davam etdirmək daha da çətinləşir. Dünyadakı qeyri-sabit sosial və iqtisadi prosesləri daha yaxşı başa düşmək üçün 2008-ci ilin qlobal böhranının əsas səbəblərini öyrənmək lazımdır. Əsas problem bəzi istehsal müəssisələrinin əsas funksiyalarını - əmanətlərin investisiya halına çevrilməsini təmin etməyi unudaraq istehsal dünyasından uzaqlaşması idi”.
Qlobal böhranın maliyyə yönümlü yeni liberal siyasətin iflasını ortaya qoyduğunu deyən Bahçıvanın sözlərinə görə, bu gün dünya iqtisadiyyatına istiqamət verənlər tərəfindən, hələ ki, alternativ variant ortaya qoyulmayıb.

Məhsuldarlığın artmasında əsas amil istehsaldır

Bahçivanın fikrincə, mövcud qloballaşma anlayışı, təəssüf ki, vətəndaş müharibəsi, aclıq, səfalət, ərzaq çatışmazlığı kimi ən ciddi böhranları həll etmir: “Qloballaşmanın faydalarından istifadə edə bilməyənlər konservativ siyasətə dəstək verirlər. Sosial-iqtisadi problemlərə görə günahkar axtaranlar özlərinə populizmdə çarə axtarırlar. Dünya sanki kompasın istiqamətini itirmiş vəziyyətdədir. Bu problemi aşmaq, qayğıların yerinə ümidləri çiçəkləndirmək üçün keçmişi yaxşı analiz edib, istehsal yönümlü bir iqtisadiyyat anlayışına hakim olmalıyıq. Çünki iqtisadiyyatın tərəqqi, məşğulluq və məhsuldarlıq yaradan əsas elementi istehsaldır. İnkişaf və ictimai sakitlik ancaq iqtisadi, ictimai, humanitar inkişaf, davamlılıq və idarəçilik ünsürlərinin eyni anda və bir-birlərinə uyğun inkişafı halında təmin edilə bilər”.
Türkiyə Ərzaq Sənaye İşəgötürənləri Konfederasiyasının sədri Necdət Buzbaş da görülən bütün tədbirlərə baxmayaraq dünyada aclığın artmaqda davam etdiyini bildirib: “1996-cı ildə dünyada 900 milyon olan ac insan sayı, 2016-cı ilə 815 milyon nəfər olub. Son 10 ildə aclıq müharibələr, miqrasiya və təbii fəlakətlər səbəbindən getdikcə artıb. Bu gün 7,5 milyard insan üçün ərzaq təhlükəsizliyi ilə bağlı müzakirənin vaxtı gəlib çatıb. Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf hədəfləri 2030-cu ilə qədər aclığın aradan qalxmasını nəzərdə tutur. Ancaq artan tələbə baxmayaraq, tədarük azalır. Bu cür davam edərsə, 2050-ci ildə dünyada ərzaqla bağlı iflas yarana bilər. Türkiyənin kənd əhalisi artan ölkələr arasında 9-cu sırada yer aldığını deyən Buzbaş, gənc əhalinin əkinçiliyə istiqamətləndirilməsinin əhəmiyyətli olduğunu deyib.

Dünyada istehsal olunan 4,5 milyard ton ərzaq, əslində, 12 milyard insanı qidalandıra bilər

Mütəxəssislərin fikrincə, 2010-cu ildə dünyada ilk dəfə şəhərdə yaşayan əhalinin sayı kəndlərdəki əhalinin sayını keçib. Dünyada bir milyarda yaxın insanın aclıq çəkməsinin səbəbi istehsalın azlığı deyil. Bu gün dünyada istehsal olunan 4,5 milyard ton ərzaq, əslində, 12 milyard insanı qidalandıra bilər. Bunun üçün ərzaq tullantıları və zərərləri tamamilə azaldılmalıdır. O da vurğulanır ki, 2030-cu ilə qədər 8,6 milyard olacaq dünya əhalisini ərzaqla təmin etmək üçün ərzaq sistemində əhəmiyyətli dəyişikliklər lazımdır. Bütün maraqlı tərəflər üçün dəyər yaradacaq bir iş modeli hazırlanmalı, əkinçilik sektoruna texnoloji və rəqəmsal yenilik tətbiq edilməlidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info