“İslam Konfransı Gənclər Forumu yaranandan sonra İƏT-də canlanma artdı”
Tarix: 13.05.2013 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


“Təşkilatın gənclərin inkişafı ilə bağlı xüsusi layihələri var”

- İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi Avrasiya regionunda yerləşən 18 ölkə ilə iş üzrə regional mərkəzdir. Bu mərkəz Azərbaycan hökuməti ilə İslam Konfransı Gənclər Forumu arasında bağlanmış sazişə uyğun olaraq açılıb və diplomatik missiya sayılır. Buradan həm Azərbaycan, həm də region ölkələri ilə gənclər sahəsində iş üzrə fəaliyyət aparılır. Eyni zamanda İslam Konfransı Təşkilatı Gənclər Forumu İslam Əməkdaşlıq Təşkilatına aid strukturdur. İƏT Gənclər Forumunun gənclər təşkilatları ilə gənclər layihələrinin həyata keçirilməsi üzrə missiyası var. İƏT Gənclər Forumunun təsis konfransı Azərbaycanda keçirilib. Əlamətdar hadisə ondan ibarətdir ki, bu təsis konfransı ölkəmizin təşəbbüsü ilə keçirilib və bu gənclər platforması yaradılıb. Bu gənclər platforması İslam Əməkdaşlıq Təşkilatında son iyirmi ildə yaranan ilk struktur qurumdur. İƏT-də uzun illər idi ki, heç bir yeni struktur yaradılmırdı. Amma İslam Konfransı Gənclər Forumu yaranandan sonra bir növ nəzərəçarpacaq dərəcədə canlanmaya səbəb oldu. Bu qurum İƏT-nin öz fəaliyyətinə də bir canlanma və yenilik gətirdi. Çünki gənclərə yönəlmiş bir qurum olduğu üçün aktivliyi və əhatəliliyi ilə seçilməyə başladı. Misirdə İslam Əməkdaşlıq Təşkilatı dövlət başçılarının sammiti keçiriləndə Misir Prezidenti də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun fəaliyyətinə xüsusi toxundu və bunu yüksək qiymətləndirdi. Baxmayaraq ki, bu qurum cəmisi 6-7 ildir fəaliyyətə başlayıb, gənclər sahəsində davamlı işi və ardıcıl effektli layihələri ilə seçilir.
-Bu layihələrə hansıları misal çəkmək olar?
-İslam Əməkdaşlıq Təşkilatının 40-a yaxın müsəlman ölkəsində nümayəndəlikləri və əlaqələri var. Qurum bir neçə beynəlxalq layihəni həyata keçirir. Bunlardan məsələn, İslam Əməkdaşlıq Modeli Beynəlxalq Təhsil Layihəsini qeyd edək. Bu qurum beynəlxalq münasibətlər üzrə təkmilləşdirmə üzrə təhsil layihəsidir. Bundan başqa ölkələrdə İslam Əməkdaşlıq Modeli mərkəzləri yaradılıb. Bu, ilk dəfə Azərbaycanda yaradıldı, daha sonra isə 40-ya yaxın müsəlman ölkəsində də tətbiq edildi. Hər ölkədə bu modelin qalibləri seçilib. Sonra bu qaliblər yığışaraq beynəlxalq bir yarışma keçirdilər. Birinci yarışma İstanbulda, ikincisi Kazanda keçirildi, üçüncüsü isə Malayziyada olacaq. Dördüncüsü isə Qazaxıstanda keçiriləcək. Əlamətdardır ki, ilk dəfə bu yarışma İstanbulda keçiriləndə azərbaycanlı tələbələr 40-a yaxın ölkənin təmsilçiləri arasında ikinci yerə çıxdılar. İkinci layihə isə hamımıza yaxşı məlum olan “Xocalıya Ədalət” layihəsidir. Bu layihə artıq dördüncü ildir ki, icra olunur. 2009-cu ildən bu yana dünyada icra olunan həmin layihə nəticəsində dünya Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı əhatəli şəkildə məlumatlandırılıb. Bununla bağlı xüsusi aksiyalar, tədbirlər keçirilib. Bu layihə çərçivəsində nə qədər nailiyyət əldə olunduğu göz qabağındadır. Xocalının tanıdılması ilə bağlı 40-a yaxın ölkədə milli koordinator yaradılıb. Bu gün Azərbaycan dövlətinin yürütdüyü siyasət, o cümlədən həyata keçirilən bu layihə nəticəsində bu gün dünyanın çoxlu sayda dövlətlərinin parlamentlərində Xocalı soyqırımına qiymət verilib, Ermənistan soyqırımı törədən ölkə, aqressor kimi pislənilib. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlərarası Assambleyasının toplantısında bununla bağlı xüsusi qətnamə qəbul olunub. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dərsliklərinə Xocalı haqqında məlumatların salınması qərara alınıb. İslam Əməkdaşlıq Təşkilatı dövlət başçılarının sammitində də sözügedən layihə çərçivəsində xüsusi qətnamə qəbul edilib. Ümumiyyətlə, təşkilatın gənclərin inkişafı ilə bağlı xüsusi layihələri də var. Məsələn, davamlı uğurlu layihələrdən biri İslam Əməkdaşlıq Təşkilatı ölkələrində gənc iş adamları şəbəkəsinin yaradılmasıdır. Bunun təsis konfransı da Bakıda keçirildi. Sonradan bununla bağlı regional ofislər yaradıldı. Artıq bu məsələ ilə bağlı ölkələrdə milli bölmələr yaradılıb. Artıq qurumun bir toplantısı keçirilib, ikinci toplantısı isə Bakıda keçiriləcək. Bu kimi bir çox layihələr var ki, uğurla icra olunur. Təhsil layihələri, İslam maarifi üzrə layihələr misal gətirilə bilər. Bu cür layihələr İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkədən 40-dan artığını əhatə edir. Məsələn, Afrika ölkələrinin bəzilərinin bu cür layihələrə qoşulmaq potensialı yoxdur. Bununla belə onlarla da işləməyə çalışırıq. Məsələn, keçən il Somaliyə yardım kampaniyasını keçirərkən ancaq Azərbaycanda 72 min dollar vəsait yığıldı. Somalidə zərərçəkənlərə bu vəsait yerindəcə çatdırıldı.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info