Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikintisi sürətlə davam edir
Tarix: 27.10.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikintisi sürətlə davam edir. Prezidentin "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi haqqında" sərəncamının icrası olaraq, Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi həyata keçirilir. Yeni liman kompleksinin Baş Planı və ümumi layihəsi beynəlxalq açıq tenderin qalibi Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən işlənib hazırlanıb və müvafiq qaydada təqdim edilib. İnşaat işləri liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılır. Hollandiyanın "Van Oord Dredging and Marine Contractors" B.V. şirkəti tərəfindən liman akvatoriyasında aparılmış dibdərinləşdirmə işləri nəticəsində uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa edilib. Bu, Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Kanalın eninin 160 metr olması gəmilərin yüksək məhsuldarlığını və iki gəminin eyni zamanda hərəkətini təmin edir. Hollandiyanın "Royal Haskoning" şirkətinin Baş Planına əsasən limanın 3 fazalı inkişafı nəzərdə tutulur. Hazırda birinci fazada dinamik şəkildə işlər görülür. "HaskoningDHV UK" Ltd şirkəti tərəfindən yeni Baş Plana edilmiş dəyişikliklərin limanın fəaliyyəti üçün təhlükəsizlik və funksionallıq baxımından texniki təftişi aparılmış və liman əməliyyatlarının təhlükəsizlik və funksionallığı baxımından müsbət qiymətləndirilib. Hazırda 1200-dən çox işçi qüvvəsinin, 300-ə yaxın texnikanın cəlb olunduğu Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində tikinti işləri sürətlə davam etdirilir. İqtisadiyyat Nazirliyinin tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin müdiriyyətinin direktoru Heydər Turabov bildirib ki, layihənin 1-ci fazası üzrə Ro-Ro tipli gəmilər üçün 2 körpü və 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı inşa olunacaq. Həmçinin xidməti donanma gəmiləri üçün körpünün və təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, bütövlükdə təxminən 34 ədəd müxtəlif təyinatlı binaların tikintisinin həyata keçirilməsi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması nəzərdə tutulub. Onun sözlərinə görə, yeni liman kompleksinin akvatoriya hissəsinə aid olan qurğuların tikintisinin 2017-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Layihəyə əsasən, 2018-ci ilin birinci rübünün sonunadək olan dövrdə anbarlar, yardımçı binalar, digər əlaqəli infrastruktur obyektləri inşa olunacaq, onların mühəndis-kommunikasiya xətləri (elektrik, rabitə və sair daxil olmaqla) çəkiləcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info