“Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir”
Tarix: 27.10.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


ABŞ parlamentinin üzvü, Viskonsin Universitetinin rektoru, beynəlxalq jurnalist Peter Tasse və uzun illər Azərbaycanın Misirdəki səfirliyində işləmiş, məşhur diplomat-jurnalist Sameh Əbdülvəhab Məşad Bakı Slavyan Universitetində (BSU) olublar. BSU-dan bildiriblər ki, əvvəlcə qonaqlar universitetin rektoru, professor Nurlana Əliyeva ilə görüşüblər. Görüşdə rektor ölkəmizin iqtisadi, siyasi, hərbi baxımdan regionda ən güclü dövlət olması və hazırda respublikamızda həyata keçirilən tikinti-quruculuq işləri barədə qonaqlara məlumat verib. O, beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun gündən-günə artdığını, Azərbaycanın imicinə zərbə vurmaq istəyən düşmən qüvvələrin səylərinə baxmayaraq ölkəmizin beynəlxalq institut və təşkilatların reytinq cədvəllərində yuxarı pillələrdə qərarlaşdığını vurğulayıb. Azərbaycanın inkişafını son illər müşahidə etdiyini bildirən P.Tasse deyib: “Mən neçə ildir ki, Bakıya gəlib-gedirəm. Şəhər gözümün önündə müasirləşir. Bakını bu gün dünyanın ən müasir meqopolisləri ilə müqayisə etmək olar”. P.Tasse Azərbaycanda işsizliyin səviyyəsinin azalmasını ölkə rəhbərliyinin uğurlu addımı kimi dəyərləndirib. O, dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanın sürətli iqtisadi yüksəlişini xalqın vətənpərvərlik ruhu, dövlətə inamı ilə əlaqələndirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan amerikalı siyasətçi problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan xalqının ədalətsiz müharibəyə cəlb edildiyini və Ermənistanin işğalçı siyasətinin sonda onun özü üçün ağır nəticələr verəcəyini deyib. P.Tasse bu günədək öz jurnalistlik fəaliyyətində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və gələcəkdə də bu mövqeyi qoruyacağını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir. Söhbət zamanı Sameh Əbdülvəhab Məşad bütün yazılarında Azərbaycanın mövqeyini müdafiə etdiyini və buna görə daim ermənilərin təzyiqinə tuş gəldiyini vurğulayıb. Sonra qonaqlar universitetin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri ilə görüşüblər. Görüşdə Sameh Əbdülvəhab Məşad rəhbərlik etdiyi “Orbit” informasiya şirkətinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, şirkət ilə BSU arasında əməkdaşlıq barədə müqavilənin imzalanması planlaşdırılır. Sənəd imzalandıqdan sonra şirkətin materialları rusca da yayımlanacaq. BSU isə “Orbit”in rus variantına məsul olacaq. Qonaq tələbələri “Orbit”in resurslarından istifadə etməklə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmağa çağırıb. Qeyd edək ki, P.Tasse və Sameh Əbdülvəhab Məşad noyabr və dekabrda BSU-nun tələbələri qarşısında silsilə mühazirələr oxuyacaqlar.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info