Çörəyi insan faciəsindən çıxan AXCP sədri
Tarix: 27.10.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Milli Şura yaxın günlərdə növbəti mitinq keçirməyə hazırlaşır.
BŞİH-nin razılıq verdiyi mitinq üçün əsasən sosial şəbəkələrdə AXCP sədri və partiya üzvləri, Milli Şuranın funksionerləri tərəfindən təbliğat işləri aparılır, hakimiyyət əleyhinə əsassız, süni populizmə hesablanmış şüarlar səsləndirilir, uydurma “faktlar” tirajlanır. Bütün bunlar Kərimli və onun komandasının ənənəvi strategiyası olduğu üçün ictimaiyyət tərəfindən təəccüblə qarşılanmır. Milli Şuranın miitiniq cəhdləri və çağırışlarının hansı dərəcədə effektiv olduğunu anlamaq üçün kiçik bir təhlil aparmaq kifayətdir. Məsələn, hal-hazırda Azərbaycanda 5.6 milyon ölkə vətəndaşı səsvermə hüququna malikdir. Sirr deyil ki, istər iqtidar partiyasının, istərsə də müxalif partiyaların əsas elektoratı məhz aktiv seçici kütləsindən ibarət olmalıdır. Çünki hakimiyyətdə hansı partiyanın təmsil olunacağına məhz seçici qərar verir. Milli Şuranın aylarla dəridən-qabıqdan çıxaraq, təbliğat-təşviqat apardığı, insanları yalvar-yapışla dəvət etdiyi mitinqlərə isə ən yaxşı halda 5.6 milyon seçicinin mində biri gəlir. Əgər müxalifət düşərgəsində demokratik ab-hava hakim olsaydı, bu göstərici partiya liderinin öz kürsüsünü tərk etməsinə səbəb olardı. Amma 20 ilə yaxındır AXCP sədri kürsüsünü zəbt edən Əli Kərimli bütün uğursuzluqlara baxmayaraq, siyasi səhnəni tərk etmək istəmir.
Əlbəttə, AXCP daxilində partiya sədrinin sönük fəaliyyətinin, şübhəli maliyyə əməliyyatlarında iştirakının, partiyanın inkişafı və xalq tərəfindən dəstəklənməsi üçün müxtəlif sahələr üzrə konseptual proqramlar, yol xəritələri ortaya qoymaqdansa, daha çox şəxsi firavanlıq və rifah naminə fəaliyyət yürütdüyünün fərqində olanlar az deyil. Daha dəqiq desək, az deyildi. İntəhası, sədrlik etdiyi partiyanı avtoritar üsullarla idarə edən Əli Kərimli müəyyən istedad və potensialı olan cəbhəçiləri gələcəkdə özünə rəqib olmasınlar deyə zaman-zaman müxtəlif üsullarla ləkələyərək təşkilatdan uzaqlaşdırdı.
AXCP sədrinin bu cür “Bizans oyunları” oynamasının məqsədi bəllidir. Xarici dairələrdə özü haqqında Azərbaycan müxalifətinin tək lideri təsəvvürünü formalaşdlrmaq, xaricdən gələn maliyyə axınının özünün büdcəsinə daxil olmasına zəmin yaratmaq. Bunun üçün hər yola baş vuran, ölkədə və onun hüdudlarından kənarda baş verən hər hadisəni mitinqlə əlaqələndirib çağırışlar edən Kərimli dəfələrlə gülünc vəziyyətə düşüb. Məsələn, bu yaxınlarda özünə məxsus “Facebook” səhifəsində “Parni iz Baku” komandasının hansısa bir konsertindən videosüjet paylaşaraq, insanları mitinqə səsləmişdi. Amma çox keçmədən elə həmin komandanın üzvləri Əli Kərimlini “siyasi cəsəd” adlandırdılar.
AXCP sədri təkcə partiya üzvlərinə qarşı yox, ümumilikdə xalqa qarşı qəddardır. Mitinqin gedişi ərəfəsidə çəkilən foto və videolarda iştirakçı sayı çox olsun deyə min bir vədlə stadiona gətirdikləri insanların sonradan işdən çıxarılması onun heç tükünü də tərpətmir. Hansı ki, hər ayın sonu aldıqları maaşla ailələrini dolandıran bu insanlar onun qurbanlarıdır. Məhz Əli Kərimlinin büdcəsini dolduran mitinq sevdası neçə-neçə ailənin ehtiyac içində qalmasına, neçə evdə söz-söhbət yaranmasına, neçə gəncin məhbəs divarları arasında çürüməsinə səbəb olur. Müxtəlif sahələrdə çalışan namuslu vətəndaşlardan fərqli olaraq, Kərimlinin çörəyi ailə facilərindən, həbslərdən çıxır. Ona görə də həbslər çoxaldıqca, Əli Kərimlinin biznesi də genişlənir. Olan isə sadə vətəndaşlara olur. Şübhəsiz ki, sonda Əli Kərimli ona qarşı dözümlülük nümayiş edirən iqtidardan fərqli olaraq,fəlakətə sürüklədiyi insanların qəzəbinə tuş gələcək.
www.aznews.az




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info