Ombudsmanın BMT QAK-la birgə həyata keçirdiyi layihə davam etdirilir
Tarix: 27.10.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


İnsan Hüquqları üzrə Müvəkkil təsisatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə zorakılıq əleyhinə mübarizə üzrə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” adlı layihənin birinci mərhələsində Goranboy, Mingəçevir və Gəncə şəhərlərində, habelə Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında ümumilikdə 3000 nəfərdən artıq məcburi köçkünün iştirakı ilə silsilə tədbirlər həyata keçirilib. Eyni zamanda layihənin ikinci mərhələsində həmin mövzu üzrə yerli icra hakimiyyətlərinin, bələdiyyə, hüquq mühafizə, səhiyyə, təhsil və başqa dövlət qurumlarının nümayəndələri, eləcə də hakimlərin iştirakı ilə təşkil olunan növbəti təlim Mingəçevir şəhərində təşkil olunub.
Tədbirdə çıxış edən Müvəkkil Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova Prezident tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsinə prioritet məsələ kimi yanaşıldığını, hüquq bərabərliyi prinsipinə uyğun olaraq onların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini bildirib. Müvəkkilin nümayəndəsi həmçinin BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilmiş və özündə 17 məqsədi birləşdirən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) gender bərabərliyi və qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verildiyini bildirib.
Ombudsmanın nümayəndəsi məcburi köçkün icmalarında yaşayan qadınların hüquqlarının effektiv müdafiəsi, onların ictimai iştirakçılığının genişləndirilməsi məqsədilə birgə səylərin gücləndirilməsinin, eyni zamanda yerli icra hakimiyyətlərində fəaliyyət göstərən monitorinq qruplarının istiqamətləndirmə mexanizminin təkmilləşdirilməsinin, xüsusilə mühafizə orderinin verilməsi ilə yanaşı, belə ailələrlə davamlı profilaktik işin aparılmasının, qurbanlara hüquqi və psixoloji yardımın göstərilməsinin vacibliyini diqqətə çatdırıb. T.Cahangirova müvəkkil təsisatı ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında qurulan sıx əməkdaşlıq əlaqələrinin istiqamətləri barədə danışaraq bu sahədə birgə layihələrin uğurla davam etdirildiyini söyləyib. Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək, zorakılıq hallarının düzgün müəyyənləşdirilməsi, bununla bağlı şikayətlərin hərtərəfli araşdırılması məqsədilə birgə səylərin artırılmasının vacibliyini bildirib. Tədbir iştirakçıları çıxış edərək, bu problemə münasibətləri, vəzifələri və görüləcək işlər üzrə tövsiyələr səsləndirmiş, əhalinin bu istiqamətdə məlumatlandırılmasının genişləndirilməsi məqsədilə sosial çarxlar, kütləvi informasiya vasitələrində proqramların hazırlanmasını təklif ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info