Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 9 885 100 dəfə müraciət edilib
Tarix: 27.10.2017 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə istifadəyə verildiyi 2014-cü ilin iyul ayından bəri 9 885 100 dəfə müraciət edilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilə məlumata görə, ümumilikdə ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin (56 463 000 müraciət) 17,5 faizi məhz həmin sistemin payına düşüb.

Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən ümumilikdə 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin 9 ayı ərzində portala edilən müraciətlərin (17 555 749 müraciət) 40 faizə yaxını (7 006 756 müraciət) nazirliyin e-xidmətlərinə yönəlib. Cari ildə portalda  e-xidmətlərindən ən çox istifadə olunan qurum da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.
 
İndiyədək Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin 7 957 200-ü Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə aid olub. Bu e-xidmət əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılması üçün onların elektron qaydada qeydiyyatdan keçirilməsi vasitəsi kimi çıxış edir. Sistemdəki “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti isə hər bir şəxsə işlədiyi, yaxud əvvəllər işləmiş olduğu iş yeri üzrə onunla işəgötürənlər arasında əmək müqaviləsinin bağlanması, onlara dəyişikliklər edilməsi və xitam verilməsi üzrə sistemə daxil edilmiş bildirişlər barədə məlumatı öyrənmək imkanı yaradır. Geniş istifadə olunan e-xidmətlər sırasında olan bu e-xidmətə ötən dövrdə 1 219 300 müraciət qeydə alınıb.
 
Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin cəmiyyət üçün mühüm faydalarından biri də sistemin işləyən vətəndaşlara müvafiq hallarda öz işəgötürənlərinə müraciət etmədən, öz iş yerləri barədə elektron qaydada arayış əldə etmək imkanı verməsindədir. Sistemdəki “İş yerinə dair arayış” e-xidməti bu məqsədə yönəlib və ölkədə kağız arayışların elektron arayışlarla əvəzlənməsinin sürətlənməsində əhəmiyyətli rol oynayıb. Elektron arayış sisteminə daxil olan e-xidmətlər üzrə ümumi müraciətlərin demək olar ki, yarısı, yəni 708 600 müraciət məhz həmin e-xidmətə yönəlib.

Əmək bazarı barədə dolğun və obyektiv informasiya bazası formalaşdıran, vətəndaşların əmək münasibətləri sahəsində hüquqlarının əsaslı təminat vasitəsi olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi cari ilin iyun ayında BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb. Bununla da həmin sistem 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info