Naxçıvanda ÜDM istehsalının dəyəri 1 milyard 950 milyon manata çatıb
Tarix: 27.10.2017 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Muxtar respublikada cari ilin yanvar-sentyabr aylarında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının dəyəri 1 milyard 949 milyon manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 1,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artaraq 4327,4 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi daxili məhsulun tərkibində ilk yeri 28,2 faizlik payla sənaye tutub və maddi istehsalın payı 56,5 faiz təşkil edib.
Yanvar-sentyabr aylarında muxtar respublikada 781 milyon 430 min 500 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 96 faizi malların, 4 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 35 milyon 488 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 745 milyon 941 min 700 manatlıq məhsul istehsal olunub. İstehsal olunan məhsulun 95,5 faizi özəl sektorun payına düşüb.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib. Cari ilin yanvar-sentyabr aylarında 220 milyon 544 min 900 ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1,3 faiz, kənd təsərrüfatı məhsulu 3,8 faiz, nəqliyyat sektorunda yük daşınması 2,1 faiz, informasiya və rabitə xidmətlərinin dəyəri 1,9 faiz, o cümlədən mobil rabitə xidmətinin dəyəri 1,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,8 faiz, ixrac 1,3 faiz, əhalinin gəlirləri 1,2 faiz artıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info