ADNSU-da “İnsan alveri və əməyin istismarı” mövzusunda tədbir keçirilib
Tarix: 27.10.2017 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Narkotiklərə Qarşı Təbliğat İB-nin təşkilatçılığı ilə “Əhalinin həssas qrupları arasında insan alveri və əməyin istismarına qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, İB-nin sədr müavini Leyla Yolçiyeva və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan prorektor, dosent A.Babayev tədbirin əhəmiyyətindən danışıb, insan alveri və əməyin istismarı ilə bağlı mübarizəyə dair gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurası və Narkotiklərə Qarşı Təbliğat İB-nin sədr müavini L.Yolçiyeva tədbirin məqsədini açıqlayıb,gənclərin hüquqlarının müdafiəsi, insan alveri və onunla mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları, eyni zamanda insan alverinin qarşısının alınması sahəsində görülən tədbirlər haqqında ətraflı məlumat verib. Tədbirdə həmçinin, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, alver qurbanlarının müdafiəsi və onlara kömək göstərilməsinin hüquqi və təşkilati əsasları ilə əlaqədar maarifləndirici informasiya verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları paylanılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info