Azərbaycan Braziliyada beynəlxalq filateliya sərgisində təmsil olunub
Tarix: 27.10.2017 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Braziliya şəhərində Braziliya Poçt və Teleqraf Şirkətinin (Empresa Brasileira de Correios e Telégrafos) təşkilatçılığı ilə beynəlxalq filateliya sərgisinin açılış mərasimi olub. Sərgidə Azərbaycan, Qazaxıstan və Türkiyəyə aid poçt markalarından ibarət guşə yaradılıb.
Guşə Azərbaycanın Braziliyadakı Səfirliyinin təşəbbüsü və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə təşkil olunub.
Sərgi iştirakçılarına Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən markalar təqdim edilib. İştirakçılara Azərbaycan, Qazaxıstan və Türkiyənin zəngin filatelist ənənələri ilə yanaşı, bu ölkələrin mədəniyyəti, tarixi, irsi haqqında məlumat verilib.
Oktyabrın 25-də Braziliyada səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, səfir Günay Əfəndiyeva güşəni ziyarət edərək, ziyarətçilərə bölgənin filatelistika tarixi və türkdilli xalqların sahib olduğu mədəni irsindən, ənənələrindən danışıb, çoxsaylı sualları cavablandırıb.
Sərgi çərçivəsində Azərbaycan və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna aid müxtəlif məlumatlar yayımlanıb.
Qeyd edək ki, sərgidə 55 ölkədən iştirakçılar qeydiyyata alınıb və bununla da filateliya ilə maraqlanan on minlərlə insan, sahəsi 12000 kvadrat metr ərazisi olan “Ulysses Guimaraes” beynəlxalq sərgi mərkəzində nümayiş edilən ekspozisiya ilə tanış olmaq imkanı qazanıblar. Sərgi oktyabrın 29-na kimi davam edəcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info